Slimfit
  1. SİYASƏT

Xorvatiya Baş naziri COP29-da inklüziv maliyyə hədəfinə nail olmaq üçün birgə səylərə çağırıb

Xorvatiya Baş naziri COP29-da inklüziv maliyyə hədəfinə nail olmaq üçün birgə səylərə çağırıb
Sakura

Xorvatiya Baş naziri COP29-da inklüziv maliyyə hədəfinə nail olmaq üçün birgə səylərə çağırıb

Qlobal iqlim fəaliyyətlərinin sürətləndirilməsi dünya gündəminin ən vacib mövzularından biri olaraq qalır.

Ens.az Report.az-a istinadən xəbər verir ki,bunu Xorvatiya Respublikasının Baş naziri Andrey Plenkoviç Bakıda keçirilən COP29-un Liderlər Sammitində çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, qalıq yanacaqdan imtina təkcə iqlimin qorunması baxımından müdrik qərar deyil, həm də bu günün iqtisadi ehtiyacıdır.

Baş nazir COP29-da iqlim maliyyələşdirilməsi üzrə inklüziv məqsədə nail olmaq üçün birgə səylərə çağırıb. "Bu, investisiyaların cəlb edilməsi və inkişaf etməkdə olan ölkələrin ehtiyaclarının ödənilməsi baxımından da vacibdir. Son bir ildə Bosniya və Herseqovinada, İspaniyada, Xorvatiyanın cənubunda baş verən fəlakətli daşqınlar iqlim böhranının dağıdıcı təsirlərinin sübutudur. Aralıq dənizi regionu ən həssas bölgələrdən biridir. Təcili tədbirlər tələb olunur.

 

Biz Avropa Komissiyasında bu region üzrə xüsusi portfelin yaradılmasını alqışlayırıq. Xalqlarımızı, iqtisadiyyatımızı və təbiətimizi qorumaq üçün indi hərəkət etməliyik", - A.Plenkoviç vurğulayıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nizami Gəncəvi

Redaktor seçimi

SON XƏBƏRLƏR