Slimfit
  1. TEXNOLOGİYA

30 ən böyük İT şirkət “rəqəmsal Cenevrə konvensiyası” imzalayacaq

30 ən böyük İT şirkət “rəqəmsal Cenevrə konvensiyası” imzalayacaq
Sakura

30 ən böyük İT şirkət “rəqəmsal Cenevrə konvensiyası” imzalayacaq

The New York Times nəşriyyatı xəbər verir ki, Facebook və Microsoft kimi 30-dan çox texnoloji şirkət bəyanat yaymağı planlaşdırır ki, ona əsasən onlar ölkədən asılı olmayaraq hökumət tərəfindən təşkil edilmiş kiber hücumlarda iştirakdan ictimai şəkildə imtina edəcəklər.

Söhbət  istisnasız bütün dünya ölkələrinin vətəndaşlara və müəssisələrə olan hücumlarından gedir. Bundan başqa bu sazişə əsasən şirkətlər səbəbindən asılı olmayaraq (fırıldaqçılıq və ya geosiyasət) kiber məkanda belə hücumla qarşılaşan istənilən ölkəyə kömək etmək öhdəlik götürür.

Hazırlanmış prinsiplərə riayət etməyə razı olanlara Oracle, Symantec, FireEye, HP, Nokia (fin) və Telefonica (ispan) daxil oldu.

The New York Times qeyd edir ki, sazişi imzalamağa razı olanların uzun siyahısına baxmayaraq Google, Apple və Amazon kimi şirkətlər hələlik ondan imtina edirlər.

Nəşriyyat həmçinin xatırladıb ki, Microsoft şirkətinin baş hüquq məsləhətçisi Bred Smit artıq bir neçə ildir ki, kiber məkanda davranış qaydalarını müəyyən edən rəqəmsal məkanda “Cenevrə konvensiyası”-nın yaradılması fikrini çatdırmağa çalışır.

Smitin fikrincə belə təşəbbüsü ilk olaraq amerikan texnoloji şirkətləri dəstəkləməlidirlər, çünki ən çox onların müştəriləri kiber hücumla qarşılaşır.

“Bu problem kifayət qədər çoxalıb və mən düşünürəm ki, son bir neçə ilə ərzində biz anladıq ki, bizə birlikdə çalışmaq lazımdır”, - o deyib.

 

Tərcümə: Famil Ələkbərov

Mənbə: Hi-news.ru

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

2014 MU69/Ultima Thule asteroidi - kosmik gəmilərin nə vaxtsa ziyarət etdiyi ən uzaq obyekt. Bu şəkil New Horizons aparatı tərəfindən çəkilib və 6,5 milyard məsafəyə ötürülmüşdür.

Redaktor seçimi

SON XƏBƏRLƏR