Slimfit
  1. MARAQLI

Piksel erasının əsəri: 10 il əvvəl milyon dollara satılan saytın aqibəti

Piksel erasının əsəri: 10 il əvvəl milyon dollara satılan saytın aqibəti
Sakura

Piksel erasının əsəri: 10 il əvvəl milyon dollara satılan saytın aqibəti

2005-ci ildə Aleks (Alex Tew) adlı tələbənin ağlına sözün əsl mənasında milyon dollarlıq ideya gəldi. O MillionDollarHomepage adlı sayt açdı. Bu sayt özündə 1000x1000 ölçüdə piksel sayından ibarət boş sahədən ibarət idi və o bu pikselləri satmağa başladı. O milyon piksel satmaqla milyon dollar qazanmaq və universitet təhsilini ödəmək fikrində idi. 12 ildən sonra saytın vəziyyətinə baxaq.

 Müştərilər pikseli bir dollara ala bilərdilər. Alına biləcək ən az sahə 10x10 piksel idi. Sahəni necə istəsəniz doldura bilərdiniz. Həmçinin Aleks elanlarda URL ünvanlar da daxil etməyi də təklif edirdi. Sayt çox məşhurlaşdı, Tyu ümumilikdə 1037100 dollar qazandı. Son 1000 piksel auksionda 38100 dollara satıldı.

Bəziləri minimal 10x10 piksel alırdı, digərləri minlərlə piksel alırdı. Səhifədə ən böyük qrafik obyekt – pixellance.com adlı mövcud olmayan domen üçün alınmış piksel blokları zənciri idi. O 10800 dollarlıq pikselə malikdir.

Hazırda keçmiş tələbə sahibkardır və meditasiya xidmətinin inkişafı ilə məşğuldur, MillionDollarHomepage saytı isə hələ də “sağdır”.

“Milyon dollar” səhifədəki qrafik elementlərin əksəriyyəti reklam xarakterli olsa da əminliklə demək olar ki, saytın populyarlığı onu rəqəmsal əsər kimi qəbul edilməsi isə şərtlənmişdi. Saytın yuxarı hissəsində olan bannerdə deyilir: “İnternet tarixinin hissəsinin sahibinə çevril”. Çağırış bloqlarda və mətbuatda geniş yayılmışdı. Piksel blokunun alınmasının mənası nəzəri cəhətdən bundan ibarət idi: öz izini internetin insanları birləşdirməkdə olan böyük gücünü və dəyərli bir şeyin yaradılmasını əks etdirən kollektiv nailiyyətdə qoymaq.

Lakin bu tarix nə dərəcədə yaxşı saxlanılıb? “Milyon dollar” səhifəsi özündə onun yaradılmasından 12 il sonra da rəqəmsal əsərini əks etdirirmi və ya o da internet kontenti üçün ümumi olan birgünlük oldu?

Yaşıl rəngdə işlək, göylə - yönlənən, qırmızı ilə - işləməyən və ya boş linklər göstərilib.

İlk baxışdan səhifədə dəyişikliyin az olması nəzərə çarpır. O 2000-ci illərdən stili saxlayıb və elə bil yekunlaşma anından dondurulub. Lakin saytda naviqasiyanı istifadə edərkən xəta baş verir. Buna baxmayaraq sayt 2005-ci ilin nisbətən korlanmayan modeli olaraq qalır. O onlayn qumar oyunları, ədəbsiz şəkilləri olan sayt elanları ilə doludur. Bir çox piksel blokları klikbeyt əsasında işləyən, az geyimli modellər və pulsuz məhsul-kontent vədləri verən müasir reklam bannerlərinə oxşayır. Təbii ki, bu cəlbedici piksel incəsənəti müəyyən məqsədə xidmət edir: istifadəçi bannerə keçib sayta daxil olsun. Lakin biz bu saytdan bannerə basdıqda nə baş verir? Bir çox hallarda isə bu cavabdır: heç nə.

Səhifəyə daxil olan 2816 linkdən 547 ədədi hazırda işləmir. 489 link isə digər domenə və ya domenin yenidən satışı portalına yönlənir. 547 işləməyən 342 min pikseldən ibarət sahə qrafik elementlərə bağlıdır ki, onların da nominal dəyəri 342 min dollardır. Heç yerə yönlənməyən linklər isə 145 min dollar dəyərində idi.

“Milyon dollar” saytının  dağılması bizə informasiya arxivləşdirilməsi sahəsində ciddi problem barədə xəbər verir. Rəqəmsal artefaktın dəyəri ziyarətçilər və tədqiqatçılar üçün qismən ona bağlı olan digər artefaktların işləməsindən asılıdır. Million Dollar portalının potensialını açmaq üçün piksellərin satışı zamanı olduğu kimi onun kataloqlaşdırdığı saytların işini bərpa etmək lazımdır.

 

Müəllif: Famil Ələkbərov

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Curiosity yeni ərazi üzərində (06.03.2019)

Redaktor seçimi

SON XƏBƏRLƏR