Dərc edildi: Baxış sayı: 825
Yeni doğulan körpələrin geyimləri bu cür yuyulmalıdır
Körpənizi qucağınıza aldığınızda onun gigiyenası və baxımı mövzusunda çox suallarız yaranır.
O suallardan biri də şübhəsiz ki, körpənizin geyimlərinin düzgün yuyulması və təmiz saxlanmasıdır.
Moderator.az xarici mediaya istinadən, körpənizin geyimlərinin gigiyenik baxımdan təmiz saxlanmasına dair bir neçə məsləhəti təqdim edir:
-Mağazadan aldığınız paltarları yumadan körpənizə geyindirməyin;
-Yuduğunuz paltarları açıq havada qurudun və mütləq quruduqdan sonra yüksək temperaturda ütüləyin;
-Xüsusilə, yaz və yay aylarında paltarları Günəşin düşdüyü yerə sərin. Çünki Günəş şüaları bakteriyaları yox edəcək;
-Körpənizin paltarlarını qapalı yerdə saxlayarkən, naftalin və ya digər güvə əleyhinə olan dərmanlardan qətiyyən istifadə etməyin;
-Körpənizin paltarlarını öz paltarlarınızla birlikdə yumayın. Onların geyimlərini adi yuyucu vasitələri ilə yumaqdan qaçın. Tərkibində kimyəvi maddələr zəngin olan yuyucu vasitələri körpənizin dərisində allergiyaya səbəb ola bilər. Buna görə də körpələriniz üçün özəl yuyucu tozlarından və sabunlardan istifadə edin.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət