Dərc edildi: Baxış sayı: 533
“Yanq Boyz” vaxtından əvvəl İsveçrə çempionu olub
İsveçrə Superliqasında 2018-2019-ci il mövsümünün qalibi müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, “Yanq Boyz” klubu sona 7 tur qalmış çempionluğunu rəsmiləşdirib. Buna onların ən yaxın izləyicisi “Bazel”in 29-cu turda “Qrasshoper”lə oyunda (0:0) xal itirməsi səbəb olub. Beləliklə, “Yanq Boyz” turnir cədvəlində ən yaxın izləyicisi “Bazel” ilə xallarını 22-yə çatdıraraq sona 7 tur qalmış 13-cü dəfə İsveçrə çempionu adı qazanıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət