Slimfit
  1. CƏMİYYƏT

Bakıda 3, 4 və 5 mərtəbəli binalar söküləcək - Hansı ünvanlardan başlanacaq?

Bakıda 3, 4 və 5 mərtəbəli binalar söküləcək - Hansı ünvanlardan başlanacaq?
Sakura

Bakıda 3, 4 və 5 mərtəbəli binalar söküləcək - Hansı ünvanlardan başlanacaq?

Bakı şəhərinin 2040-cı ilə qədər olan Baş Planına əsasən, paytaxtda mərkəzə yaxın ərazilərdə 3, 4 və 5 mərtəbəli fərdi yaşayış evləri mərhələli şəkildə söküləcək.

Məlumata görə, söküləcək binaların yerində isə meşə tipli parkların salınacağı, yaşıllıq zonalarının artırılacağı planlaşdırılır.

Bakıda siyahıya alınan 130 binadan 65-i ilə bağlı sənədlər aidiyyəti dövlət qurumlarına göndərilib. Söküləcək binalarda mənzillərin sayı, onların sahəsi və nə qədər sakinin yaşaması ilə bağlı dəqiqləşdirmə işləri aparılır. Bu binaların sakinlərinin əksəriyyəti mənzilləri müqabilində kompensasiya alaraq evlərini tərk edəcəklər.

Baku.ws Bakıda fərdi yaşayış evlərinin söküntüsünə hansı ərazilərdən və nə zaman başlanacağı barədə məlumat əldə edib.

Belə ki, söküntü və inşaat işlərinə Bakıda keçiriləcək COP29 tədbirindən sonra start veriləcək. Bu müddət dekabr və ya növbəti ilin yanvar ayından sonrakı müddəti əhatə edəcək.

Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsində (Bakı Şəhər Baş Polis İdarəsinin yanı) fərdi yaşayış evlərinin və obyektlərin söküntüsü davam edəcək. Ərazidə söküntü işləri başa çatdıqdan sonra park salınacaq. Bu, Sevirəm parkının davamı olacaq. Məlum söküntü işlərini aparmaq üçün ev və obyekt sahiblərinə 1 kv.m üçün 2-3 min manat arası kompensasiya təklif edilib.

Digər söküntü olacaq ərazi isə Bakının Yasamal rayonudur. Bu ərazidə də sakinlərə məxsus fərdi yaşayış evləri sökülərək yerində park salınacaq. Söhbət Təzəpir məscidi ətrafında yerləşən Nizami və Lev Tolstoy küçələrindəki fərdi evlərdən gedir. 150 nömrəli məktəbin aşağı hissəsindən Baş Prokurorluğun binasının arxasına kimi ərazidə yerləşən fərdi evlər söküləcək. Yaşayış evləri söküləcək vətəndaşlara minimum 2 min manat/1 kv.m kompensasiya verilməsi nəzərdə tutulub. Evlərin qiymətinin sabit olmadığını nəzərə alsaq, bu məbləğ daha yüksək ola bilər. Kompensasiyanın dəqiq məbləğini Maliyyə Nazirliyi müəyyənləşdirəcək.

 

Nəsimi rayonunda "Kubinka" adlanan ərazidəki fərdi evlər də söküləcəklər sırasındadır. Həmin ərazidə bütün sakinlərlə razılıq əldə olunub və müqavilələr bağlanıb. Onlara kompensasiya və ya yeni tikiləcək çoxmərtəbəli binalarda evlər təklif olunacaq.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1916-cı il yay Olimpiya oyunlarının Berlində keçirilməsi nəzərdə tutulsa da, Birinci Dünya müharibəsi buna mane oldu.

Redaktor seçimi

SON XƏBƏRLƏR