Slimfit
  1. CƏMİYYƏT

Mədəniyyət işçilərinin maaşı artacaq?

Mədəniyyət işçilərinin maaşı artacaq?
Sakura

Mədəniyyət işçilərinin maaşı artacaq?

“Mədəniyyət sahəsində çalışan şəxslər çox az maaşla işləyirlər”.

Ens.az Qafqazinfo.az-a istinadən xəbər verir ki,  bunu Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini Günay Əfəndiyeva Gənclər və idman, İctimai birliklər və dini qurumlar, Mədəniyyət komitələrinin birgə iclasında 2025-ci ilin büdcə müzakirələri zamanı deyib.

“Mədəniyyət sahəsində çalışan insanların maaşlarında artım olacaqmı? Heç kimə sirr deyil ki, bu sahədə çalışan aktyorlarımız, sənət adamlarımız, yazıçılarımız, rəssam və bəstəkarlarımız, kitabxana və muzey işçilərimiz çox az maaşla çalışırlar. Həqiqətən bu insanlar çox fədakardırlar. Onlar bəzən öz işlərini atıb başqa işlə məşğul olurlar ki, gəlirlərini yaxşılaşdırsınlar. Gənclərin bu səbəbdən başqa istiqamətlərə yönəlməsi mədəniyyətimizin inkişafına mənfi təsir göstərir. Sənədli və bədii film çəkmək istədikdə isə texniki personal çatışmır. Düşünürəm ki, öz insan kapitalına sərmayə qoymalıyıq. 65 yaşa çatan müəllimlərimiz, kitabxana işçilərimiz, aktyorlarımız var. Onların təcrübəsindən yararlanmaq lazımdır. Vaxtilə elə aktyorlarımız olub ki, 85 yaşında teatr səhnəsinə çıxıb. Məncə, bu, yaşla əlaqəli deyil. Düşünürəm ki, Əmək Məcəlləsinə yenidən baxmaq lazımdır. Mütləq yeni mexanizmlərin tapılması vacibdir”, - deyə G. Əfəndiyeva bildirib.

 

Parlamentdəki müzakirələrdə iştirak edən maliyyə naziri Samir Şərifov isə mədəniyyət işçilərinin maaşlarının artırılıb-artırılmayacağına münasibət bildirib. O qeyd edib ki, Prezident İlham Əliyev tərəfindən hökumətə tapşırıq verilib ki, büdcədən maliyyələşən təşkilatlarda çalışanların əməkhaqqlarının artırılması məsələsinə baxılsın: “Bununla əlaqədar dövlət büdcəsində müəyyən vəsait nəzərdə tutulub. Yəqin ki, konkret qərarlar növbəti ildə qəbul ediləcək. Mədəniyyət təşkilatlarının əksəriyyəti dövlət büdcəsindən maliyyələşir. Yəqin ki, onlar da əhatə olunacaq”. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bir şəklin tarixçəsi - Heydər Əliyev: “Mən o kişinin işinə qarışa bilmərəm” – Şuşa, 29 iyul, 1982-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR