Azərbaycan ilə Türkiyə arasında su ehtiyatlarının idarə edilməsində əməkdaşlıq perspektivləri müzakirə olunub
Bakıda COP29 çərçivəsində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov və Türkiyə Respublikasının Dövlət Su İşləri Baş İdarəsinin rəisi Mehmet Akif Balta arasında görüş keçirilib.
Ens.az AZƏRTAC -a istinadən xəbər verir ki, görüşdı su ehtiyatlarının idarə edilməsində əməkdaşlıq perspektivləri, su təsərrüfatı sahəsində innovativ texnologiyaların tətbiqi və beynəlxalq təcrübə barədə fikir mübadiləsi aparılıb.
Əlavə olaraq, iqlim dəyişikliklərinin su ehtiyatlarına təsirlərinin azaldılması istiqamətində tədbirlər, sərhədyanı su ehtiyatlarının idarə olunması, regional əməkdaşlıq və gələcək layihələrin həyata keçirilməsi imkanları müzakirə olunub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət