Slimfit
  1. SİYASƏT

Türkiyə 2053-cü ilə qədər sıfır emissiya hədəfinə nail olmağa çalışacaq - Uraloğlu

Türkiyə 2053-cü ilə qədər sıfır emissiya hədəfinə nail olmağa çalışacaq - Uraloğlu
Sakura

Türkiyə 2053-cü ilə qədər sıfır emissiya hədəfinə nail olmağa çalışacaq - Uraloğlu

Türkiyə 2053-cü ilə qədər sıfır emissiya hədəfinə nail olmağa çalışacaq.

Ens.az Trend -ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu mətbuat konfransında çıxışı zamanı deyib.

O qeyd edib ki, şəhərlərdə sıfır emissiya hədəfinə nail olmaq lazımdır.

“Şəhərlərdə elektrikli yerüstü və yeraltı nəqliyyatlardan istifadəni təşviq edirik. Hava, dəniz və quru yollarının ticarətdə böyük önəmi var. Azərbaycanın da daxil olduğu Orta Dəhlizdə Türkiyədə yerləşir. Orta Dəhlizdə elektrik mühərrikli qatarlardan istifadə imkanlarını araşdırırıq. Biz də elektrik mühərrikli qatarlar istehsal etməyə başlamışıq”,- deyə o bildirib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) açılışı olub.

 COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

 

 

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycan qadınları, Şuşa, Qarabağ, 1920

Redaktor seçimi

SON XƏBƏRLƏR