Xiaomi Redmi S2 büdcə smartfonunun özəllikləri açıqlandı
Şəbəkədə istehsaçlı tərəfindən hələlik rəsmi təqdim edilməyən və satışa hazırlanan Xiaomi Redmi S2 büdcə smartfonu haqqında ətraflı məlumat yayılıb. Ətraflı məlumat XDA Developers mobil proqramçılar forumunun FunkyHuawei adlı istifadəçisi tərəfindən əldə edilmiş proqram təminatının fayllarından götürülüb.
Smartfon hazırda dəbdə olan iki əsas kameralı çərçivəsiz dizayn, həmçinin üzlə blokdan çıxarma funksiyasını əldə edəcək.
Xiaomi Redmi S2 18:9 tərəf nisbətli və HD+ (720x1140 piksel) ölçülü naməlum diaqonallı LCD ekranla, 12+5Mp ikili əsas kamera, 5Mp ön kamera ilə təchiz olunub. Aparat əsası Qualcomm Snapdragon 625, microSD formatlı kartlarla genişləndirmə imkanı olan 16GB tutumlu daxili fleş-yaddaş oldu. Əməli yaddaşın həcmi dəqiq deyil, ehtimal ki, 2GB-dan başlayaraq bir neçə seçim olacaq. Akkumulyator 3080 mA/s həcmə malikdir. Smartfon Android 8.1 Oreo əməliyyat sistemi idarəsi altında işləyir.
İlk növbədə Xiaomi Redmi S2 smartfonunun satışı Hindistanda və Çində gözlənilir.
Tərcümə: Famil Ələkbərov
Mənbə: Ferra.ru
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət