Slimfit
  1. PSİXOLOGİYA

Uşaqlarınızın Milyoner olmağı sizin əlinizdədir.

Uşaqlarınızın Milyoner olmağı sizin əlinizdədir.
Sakura

Əgər uşağınızın gələcəkdə borclu olmamasını və pullarını ağıllı xərcləməsini istəyirsinizsə, diqqətlə…

Ortaya belə bir sual qoyaq. Necə olur ki, dünyadakı milyonerlərin çoxu Amerikadan çıxır?Onların uşaqlara verdiyi tərbiyə formaları başqa ölkələrdən fərqlidir. Açığı bu barədə uzun yazı yazmaq olar, lakin mən real gördüklərimi yazacam.
 
Beləliklə…
 
2 həftə öncə Mall’da hər zamankı kimi komputerdə nəyisə yazırdım. Eşitdim ki, bir ana qızlarına sual verir.
– Nə qədər pul xərcləməyi planlayırsınız?
Qızlar öz büdcələrini analarına dedilər.MAragli geldi mənə ve mən bunlara bir necə satish etdim ! Kassada gördüm ki, 4 pul qabı var. Anaları qızlarına ayrı-ayrı pul qabılarından pul ayırdı. Dedim, necə olur ki, ayrı-ayrı pul qabılar? Və cavabı…
 
– Biz hər il yay tətilində uşaqlarımıza şərtlər qoyuruq. Məsələn: Komputer oyunlarından uzaq durmaq 5$, Öz otağını səliqəyə salmaq 2$ və buna oxşar digər işlər.
 
Onlar bu pulları toplayırlar, bu pullardan büdcə yaranır onlar üçün. Uşaqlar nəsə almaq istəyirsə, yalnız o büdcədən pul götürə bilirlər. Valideynlər onlara əlavə pul ayırmır.
 
Bununla onlar uşaqlarına pul idarə etməyi, xərcləməyə görə planları, qənaət etməyi, pul qazanmağı ve əməyinə dəyər verməyi öyrədirlər.
 
Və onlar övladlarına uşaqlığından pul ilə davranmağı öyrədirlər. Daha “PUL ƏL ÇİRKİDİ” deyib, uşaqlarına yalan danışmırlar. Yaxud da ki, “valideynə borclusan”, “səni dünyaya gətirmişəm işlə bizi dolandır” demirler, deyib onların borclu ideologiyasi ile omürlük beyinlərinin effektliyini oğurlamırlar. Bu yazını gələcəyimizin varlı olmasını istəyən və yaxınında uşağı olan ailələr üçün paylaşarsanızsa, sizə minnətdar olaram.
 
Mənbə: Fuadagayev.com
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Qarğa yoxsa pişik?

Redaktor seçimi

SON XƏBƏRLƏR