Slimfit
  1. PSİXOLOGİYA

Smartfonla beynimiz daha da kütləşir

Smartfonla beynimiz daha da kütləşir
Sakura

Biz smartfonu gözümüzün önündə saxladıqda çətin zehni məsələlərin öhdəsindən daha çətinliklə gəlirik.

Smartfonların insan beyninə olan mənfi təsirləri barədə müxtəlif xəbərlər oxumuşuq. Belə ki üç il əvvəl Esseks universitetinin tədqiqatçıları bildirdi ki, bir mobil qurğunun iştirakı həmsöhbətlər arasında olan anlaşmanı poza bilər. Digər məqalədə 2015-ci ildə Psychology of Popular Media Culture-də deyilirdi ki, mobil cihazlar romantik münasibətlərə mənfə təsir göstərir.

Ümumilikdə bunu başa düşmək çox asandır: əgər insan sizin söhbətdən yayındığınızı hiss edirsə və istənilən an smartfonu ələ götürməyə hazırdırsa bu zaman heç bir etibardan danışmaq mümkün deyil.

Buna baxmayaraq Ostindəki Texas Universitetinin psixoloqları daha da irəliyə gedərək belə mülahizə irəli sürüblər ki, smartfonlar bizim idrak etmə qabiliyyətimizə mənfi təsir göstərir. Adrian Vard və onun həmkarları təcrübə keçiriblər, bu təcrübə zamanı böyük zehni gərginlik tələb edən bir neçə məsələni həll etmək lazım idi. Təcrübə iştirakçılarının bir neçəsindən öz smartfonlarını qonşu otağa qoymağı xahiş ediblər, bəzilərinə isə smartfonları götürməyə, lakin onu cib və ya çantada saxlamağa icazə veriblər. Üçüncülər isə smartfonu ekranı aşağı şəkildə stolun üzərinə qoyub. Bütün mobil cihazlar söndürülməli idi.

Journal of the Association for Consumer Research-dəki məqalədə deyilir ki, testdən ən yaxşı smartfonu digər otaqda qoyanlar keçiblər; bir az daha zəif nəticələr smartfonu cibində və ya çantasında saxlayanlar əldə ediblər. Smartfonu göz önündə olanlar isə məsələnin öhdəsindən çox pis gəliblər.

Digər sınaq üçün araşdırma müəllifləri könüllülərə özlərinin mobil qadcetlərdən asılılığını təsvir etmələri xahiş olunub. Bundan sonra onlara eyni şəraitdə həmin testlərdən keçmək təklif olunub: smartfon qonşu otaqda, smartfon cibdə, smartfon göz önündə. Smartfondan daha çox asılı olanlar və smartfonu göz önündə olanlar məsələnin öhdəsindən daha çətinliklə gəliblər.


Yəni burada yenə smartfonun iştirakı ciddi maneə yaratmağa başlayır. Hətta əgər insan tamamilə məsələyə fikrini cəmləyirsə, istənilən halda beyin bəzi resurslarını smartfonu əlinə götürmək istəyinə qarşı sərf edir.

Beləliklə resursların bölüşdürülməsi haqqında əminliklə danışmaq üçün neyrobioloji araşdırmalar (bu zaman smartfona fikir verməməyə cəhd edən beyin tomoqrafiya vasitəsilə müşahidə olunacaq ) aparmaq lazımdır. Daha əvvəllər yayılan məlumatlara əsasən məlumdur ki, müasir media-elektronika ilə həddindən artıq məşğul olan insanlarda beynin müəyyən hissələrində boz maddənin həcmi azalır.

Necə olsa da psixoloji sınaqların nəticələri real həyatda özünü biruzə verir. Əgər sizin vacib işgüzar və ya şəxsi söhbətiniz varsa smartfonunuzu bir az uzaqda gizlətməyinizi məsləhət görürük.

 

Müəllif: Famil Ələkbərov

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Hacı Zeynəlabdin Tağıyevin dəstəyi ilə təşkil olunan qızlar məktəbi, Bakı

Redaktor seçimi

SON XƏBƏRLƏR