Slimfit
  1. TEXNOLOGİYA

Xakerlər Taxtlar Oyunu serialının ssenarilərini oğurlayıblar

Xakerlər Taxtlar Oyunu serialının ssenarilərini oğurlayıblar
Sakura

Xakerlər HBO telekanalının serverlərindən 1,5 TB məlumatı oğurladıqlarını elan etdilər

Taxtların Oyunu məşhur serialı yenidən xakerlərə bağlı skandalın diqqət mərkəzində oldu. Dünən məşhur nəşriyyatların bir neçə jurnalisti HBO telekanalına uğurlu kiber hücum barədə anonim məktub aldılar.

Bu dəfə xakerlər yeni mövsümün hələ də nümayiş olunmayan 4 seriyasının ssenarisini oğurlaya bildilər. Bu barədə Entertainment Weekly nəşriyyatı yazır.

Taxtlar Oyunu-nun yeni seriyalarının ssenarilərindən başqa xakerlər Futbolçu və 104 nömrəli Otağın yeni bir neçə epizodunu da oğurlayıblar. Ümumilikdə təsdiq olunmayan məlumatlara əsasən xakerlər 1,5 TB məlumat oğurlayıblar.

HBO rəhbərliyi rəsmi olaraq hücum faktını təsdiqləyib, sadəcə onun uğurlu olmasını təsdiqləməyib.

Qeyd edək ki, 2015-ci ildə xakerlər HBO şirkətinin serverlərinə uğurlu hücum edərək Taxtlar Oyununun 5-ci mövsümünün 4 ilk seriyasını oğurlaya bilmişdilər.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kaliforniya, ABŞ

Redaktor seçimi

SON XƏBƏRLƏR