Slimfit
  1. CƏMİYYƏT

Yeni hakimlərdən biri Vətən müharibəsi iştirakçısıdır

Yeni hakimlərdən biri Vətən müharibəsi iştirakçısıdır
Sakura

Yeni hakimlərdən biri Vətən müharibəsi iştirakçısıdır

Xəbər verdiyimiz kimi, ötən gün Prezident İlham Əliyevin sərəncamı ilə bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib. 

Ens.az Qafqazinfo.az-a istinadən xəbər verir ki, onlardan biri Vətən müharibəsi iştirakçısı Cavanşir Nəbiyevdir. Ədliyyə mayoru olan 34 yaşlı Nəbiyev Lənkəran Ağır Cinayətlər Məhkəməsinə hakim təyin edilib.

Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Hüquq fakültəsini bitirən yeni hakim müxtəlif illərdə Müdafiə Nazirliyində təhqiqatçı, hərbi hissə komandirinin hüquq işləri üzrə köməkçisi kimi vəzifələrdə çalışıb. 

 

C.Nəbiyev 44 günlük Vətən müharibəsində iştirakına görə Cəbrayılın, Füzulinin, Şuşanın azad olunmasına görə medalları, eyni zamanda “Döyüşdə fərqlənməyə görə” medalı ilə təltif olunub.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1 həftədə cəmi 3 fincan pivə kifayətdir ki, beyin 20% zəif işləsin.

Redaktor seçimi

SON XƏBƏRLƏR