Slimfit
  1. BİOQRAFİYA

Nərgiz Qəhrəmanova

Nərgiz Qəhrəmanova
Sakura

Nərgiz Camal qızı Qəhrəmanova - Azərbaycanda yaradılan ilk veb-portal olan science.gov.az-ın baş redaktoru,…

Nərgiz Camal qızı Qəhrəmanova may ayının 4-də Şəki şəhərində anadan olmuşdur.  2003-cü ildə Bakı şəhəri, Yasamal rayonunda yerləşən 18 nömrəli pilot məktəbini qırmızı diplomla bitirmişdir. O, orta məktəbdə oxuduğu illərdə müxtəlif fənn olimiadalarında iştirak etmiş, Azərbaycan dili və ədəbiyyatı fənni üzrə respublikada birinci yerin sahibi olmuşdur. N.Qəhrəmanova 2003-cü ildə Bakı Dövlət Universitetinin Filologiya fakültəsinə qəbul olmuş, ali məktəbi müvəffəqiyyətlə başa vurmuşdur.  2014-2016-cı illərdə Ukraynanın Odessa Milli Politexnik Universitetinin Adminstrativ idarəetmə fakültəsində magistratura üzrə təhsil almışdır.

Hazırda AMEA Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin dissertantıdır. Muzeyin dissertantı kimi, akademik Rafael Hüseynovun rəhbərliyi altında tədqiqatlar aparır.

O, 2008-ci ildə Yasamal rayonu İcra Hakimiyyətində inspektor vəzifəsində çalışmışdır.

2009-cu il yanvar ayının 5-dən bugünədək Azərbaycan Milli Elmlər Akademiyasının www.science.gov.az rəsmi veb-portalında çalışır. 10 ilə yaxındır ki, AMEA və bütövlükdə respublika elmi ictimai mühitində baş verən yeniliklərin operativ əldə edilərək cəmiyyətə ötürülməsi, ən əsası Azərbaycan elmi nailiyyətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində fəaliyyət göstərir. O, Azərbaycan elminin təbliği, alim və mütəxəssislərimizin elmi nailiyyətlərinin dünya informasiya fəzasında tanınması istiqamətində yaradıcı bir kollektivə rəhbərlik edir.

Bu illər ərzində N.Qəhrəmanova jurnalist fəaliyyətindən başqa, AMEA-nın ictimai həyatında da – Azərbaycan mətbuatının inkişafı yönündə müxtəlif layihələrin həyata keçirilməsində fəal iştirak etmişdir. Jurnalistika sahəsində müxtəlif respublika və beynəlxalq səviyyəli konfranslarda, treninqlərdə iştirak edərək sertifikatlara layiq görülmüşdür. Bu günədək ölkə mətbuatında Azərbaycanın jurnalistika tarixi, ölkə elmində baş verən yeniliklər və mühüm hadisələrə dair 20-dən çox məqaləsi dərc olunmuşdur.

Hazırda N.Qəhrəmanova AMEA Rəyasət Heyəti Mətbuat və informasiya idarəsinin Elektron informasiya şöbəsinin rəis müavinidir.

Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.

Eyni zamanda, AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsdir.

2015-ci ildə www.science.gov.az portalının yaradılmasının 20 illik yubileyi münasibətiylə AMEA-nın Fəxri Diplomu ilə təltif olunmuşdur.

N.Qəhrəmanova Rumıniyada Avropa İttifaqının “Erasmus+” proqramı üzrə keçirilən treninqdə ölkəmizi təmsil edərək sertifikata layiq görülmüşdür. Həmçinin 7-ci İnternet İdarəçilik Forumu, "Springer" beynəlxalq nəşriyyatının təşkilatçılığı ilə keçirilən "Elmi jurnal məqaləsini necə dərc etmeli?", o cümlədən “AzScienceNet: mövcud vəziyyəti, imkanları və inkişaf perspektivləri” mövzusu üzrə respublika elmi-praktiki seminarında fəal iştiraka görə sertifikatlarla təltif olunmuşdur.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş ilk 11 nəfərdən biri rus əsilli Yuri Petroviç Kovalyovdur.

Redaktor seçimi

SON XƏBƏRLƏR