Slimfit
  1. TEXNOLOGİYA

Windows 10 1903-də adları nöqtə ilə başlayan faylları yarada bilərsiniz

Windows 10 1903-də adları nöqtə ilə başlayan faylları yarada bilərsiniz
Sakura

Windows 10 1903-də adları nöqtə ilə başlayan faylları yarada bilərsiniz

Çoxları üçün bu funksiya faydalı olmasa da, bəzilərini bu mütləq maraqlandıracaq.

Əgər siz Linux əməliyyat sistemini yaxşı bilirsinizsə, onda bilməlisiniz ki, bu ƏS-də DOT fayllar çox əhəmiyyətlidir. Bilməyənlər üçün bu tip fayllar konfiqurasiya xarakterlidir, müxtəlif konsol və masaüstü proqramlarının ayarları, həmçinin jurnallar və digər istifadəçi məlumatlarını saxlayır. Digər konfiqurasiya fayllarından fərqli olaraq, onların adları nöqtə ilə başlayır, amma siz Windows-da belə fayl yaratmağa çalışarsanız, “Faylın adını daxil etmək lazımdır” xətası alacaqsınız.

Əgər əvvəldəki nöqtəni siz mübadilə buferindən yapışdırmağa çalışsanız, Windows sadəcə nöqtəni kəsəcək.

Sistemin sonuncu stabil versiyasında bu belədir və belə olub.

Windows 10 18342-dən başlayaraq, bu məhdudiyyət proqramçılar tərəfindən aradan qaldırıldı və artıq siz Bələdçidə adları nöqtə ilə başlayan fayllar yarada bilərsiniz. Bu kiçik yenilik Windows 10-da standart Bələdçi vasitəsilə Linux fayl sisteminə çıxış təmin edən WSL funksiyası ilə işləyərkən çox faydalı ola bilər.

10-Un yeni imkanını nümayiş etdirmək üçün masaüstünüzdə .htaccess faylı yaradın.

Adi qaydada masaüstündə sağ düyməni basaraq, Yarat- Mətn sənədi seçirik.

Uzantı ilə birlikdə adı silirik və ona yeni .htaccess adı təyin edirik.

Faylın adı heç bir xəta vermədən dəyişdirilir.

Bax belə, əvvəlində nöqtə olan istənilən konfiqurasiya faylları yaradan zaman artıq əlavə addımlara əl atmağa ehtiyac qalmayacaq.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yuriy Nikulin "Brilliant əllər" çəklişi zamanı fasilədə nərd oynayır. Bakı. 1968-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR