Slimfit
  1. MARAQLI

Microsoft şirkətinin yeni çat botu Quranın ayələrini çox zorakı hesab edir.

Microsoft şirkətinin yeni çat botu Quranın ayələrini çox zorakı hesab edir.
Sakura

O həmçinin etiraf edir ki, öz kompüteri üçün Windows 10 seçməzdi.

Microsoft şirkəti Facebook və Kik üçün yeni nəsil Zo çat-botunu buraxdı. Keçən il Tay botu Twitter-də irqçi fikirləri yazmışdı, buna görə də Zo botunu mürəkkəb mövzuları müzakirə etməməyi proqramlaşdırdılar. Lakin görülmüş tədbirlər yenə də ictimatiyyətin diqqətini cəlb etməyə mane ola bilmədi.

İstifadəçilər sağlamlıq mühafizəsi haqqında Zo-dan soruşduqda o cavab verdi ki, Quranın mətnlərini çox zorakı hesab edir. Ondan Microsoft şirkətinin yeni əməliyyat sistemi barədə soruşduqda isə o etiraf etdi ki, o özünün kompüteri üçün onu seçməzdi. O Windows 7-dən istifadə edir, o daha rahatdır, lakin Linux daha yaxşıdır. Daha sonra Zo hələ də Xp işlədən hərbçilərə istehza edib.

Bütün bunları nəzərə alaraq Microsoft şirkəti yenə də öz botundan yaxa qurtarmağa və cəmiyyətə açıqlama verməyə məcbur olacaq.

 

Müəllif: Famil Ələkbərov

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Don Kixot romanının müəllifi olan M.Servantes, Memar Sinanın tikdirdiyi Kılıç Əli Paşa Məscidində fəhlə işləyib

Redaktor seçimi

SON XƏBƏRLƏR