Slimfit
  1. TEXNOLOGİYA

Xaker konfransının iştirakçıları ABŞ səsvermə sistemini bir saat yarıma sındırdılar

Xaker konfransının iştirakçıları ABŞ səsvermə sistemini bir saat yarıma sındırdılar
Sakura

Xaker konfransının iştirakçıları ABŞ səsvermə sistemini bir saat yarıma sındırdılar

ABŞ hələ də Rusiyanı seçmə prosesinə müdaxilə etdiyi və 2016-cı ildə amerikan prezidentinin seçkilərinin nəticələrinə təsir etdiyi üçün günahlandırır. Bununla yanaşı heç bir sübut ictimaiyyətə açıqlanmır. Doğrudan da amerika xüsusi xidmət orqanları hesab edir ki, bunu rus xakerləri bacarar? Bunu 2013-cü ildən Las-Veqasda daim keçirilən DEFCON xaker konfransının iştirakçıları əyani şəkildə göstərdi. Onlara ABŞ-da seçicilərin səsverməsini hesablamaq üçün istifadə olunan maşının sındırılması üçün bir saat yarımdan az zaman tələb olundu.

Bundan əlavə konfrans iştirakçıları  həmçinin Ebay və ya dövlətin keçirdiyi auksionlarda əldə edilən Diebolds,Sequoia, WinVote və s. istehsalçıların qurğularında olan bir çox boşluğu nümayiş etdirdilər.

Beləliklə açıq fikizi portlardan və həmçinin qorunmayan Wi-Fi bağlantısından istifadə etməklə zərərli kodun əlavə olunmasına nail olundu. Qurğuların çoxunda köhnə proqram təminatı da aşkar olundu. Boşluqlar həmçinin OpenSSL kriptoqrafik kitabxananın versiyalarında da tapıldı.

Məs: konfrans iştirakçısı Karsten Şurmann kod icra etməyə imkan verən Windows XP boşluğundan istifadə edərək WinVote-a uzaqdan girişə nail oldu. OpenSSL-də CVE-2011-4109-da da boşluq tapıldı və onu da asanlıqla sındırdılar. Gördüyümüz kimi bunun üçün əfsanəvi rus xakerlərinin iştirakına da ehtiyac olmadı.

Müəllif: Famil Ələkbərov

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycan toyu, Qarabağ, Şuşa, 1965

Redaktor seçimi

SON XƏBƏRLƏR