Slimfit
  1. SƏYAHƏT VƏ TURİZM

Velosipedlə Azərbaycana gələn 65 yaşlı maltalı səyyah: "Mən bu ölkəni sevirəm"

Velosipedlə Azərbaycana gələn 65 yaşlı maltalı səyyah: "Mən bu ölkəni sevirəm"
Sakura

Velosipedlə Azərbaycana gələn 65 yaşlı maltalı səyyah: "Mən bu ölkəni sevirəm"

Əslən Maltadan olan velosəyyah Frenk Fransis Gürcüstandan sonra indi də Gəncə şəhərindədir.

Milli.Az ARB TV-yə istinadən xəbər verir ki, o, bundan əvvəl Avropanın bir çox ölkələrini gəzib.

Ötən axşam Gəncəni gəzərək şəhərlə tanış olub. 2001-ci ildə Maltadan Avstraliyaya köçən Frenk Fransis elə həmin ildən də dünyanın bir çox ölkələrinə səyahət etməyə başlayıb.

Frenk Fransis - Səyyah: "Mən çox aktiv insanam. Xüsusilə velosiped idmanında. Bununla yanaşı idman kimi piyada gəzirəm, bağda işləyirəm. 65 yaşım var, özümü yaxşı hiss edirəm".

İtaliya, Sloveniya, Monteneqro, Makedoniya, Yunanıstan kimi ölkələri gəzən və oralarda da çoxlu maraqlı yerləri, müxtəlif xalqları görən Frenk Fransisin ən çox sevdiyi, xoşuna gəldiyi ölkələr isə Türkiyə, Gürcüstan və Azərbaycandır.

Frenk Fransis - Səyyah: "Bütün ölkələr maraqlı və əyləncəli idi. Bu regionda ən mehriban xalqlar türklər, gürcülər və azərbaycanlılardı. Ancaq zirvədə azərbaycanlılar dayanır. Azərbaycanlılar, həqiqətən, mehriban insanlardır. Mən bu ölkəni sevirəm. Azərbaycanda keçirdiyim 3 gün maraqlı idi. Burada gördüklərim məni heyrətləndirdi. Bura mənə evimi xatırladır".

Bizimlə söhbətdən sonra 65 yaşlı Frenk Fransis növbəti səfərinə yollandı. Bir neçə gün Bakıda qaldıqdan sonra səyyah İrana, daha sonra isə Birləşmiş Ərəb Əmirliklərinə gedəcək.

 

Milli.Az

Arb TV

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycanlı rəssam Faiq Əhmədin yaratdığı müasir xalçalar artıq dünyada tanınır. Bu şəkili Fransanın "Creapills" xəbər portalı paylaşıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR