Slimfit
  1. TƏBİƏT

Saxara səhrasında nəhəng günəş elektrik stansiyası: Avropa üçün enerji

Saxara səhrasında nəhəng günəş elektrik stansiyası: Avropa üçün enerji
Sakura

Saxara səhrasında nəhəng günəş elektrik stansiyası: Avropa üçün enerji

Son dövrlərdə Avropa Birliyi bərpa olunan enerji mənbələrinə diqqət yetirərək faydalı qazıntılardan imtina etməyə doğru addımlar atır. Lakin Avropanın şimal rayonlarında günəş enerjisi ilə bağlı böyük problemlər var. Buna görə də Avropa Birliyi Tunisdə nəhəng günəş elektrik inşa etmək qərarı verdi.

Günəş ferması Tunisdə Saxara səhrasından 4.5 qiqavatt enerji istehsal edəcək. Sualtı kabellə bütün bu enerji Malta, İtaliya və Fransaya ötürüləcək. Layihəyə rəhbərlik edən TuNur şirkəti bu yaxınlarda bütün şərtləri Tunis hökuməti ilə razılaşdırıb və ferma artıq 2020-ci ildə hazır olacaq.

TuNur bütün güzgülər günəş işığını mərkəzi kollektorda əks etdirəcək dairəvi günəş elektrik stansiyası olacaq. Onun daxilində günəş enerjisini istilik formasına saxlaya biləcək  ərimiş duz var. Belə günəş ferması növü enerjini daha uzun müddət saxlaya bilər.

Layihə uğurlu olsa TuNur Tunisə ölkənin daxili istifadəsi üçün günəş fermaları inşa etməyə kömək edəcək. O son zamanlar enerji yüklənməsindən əziyyət çəkir və bu layihə Tunisə enerji probleminin həll olunması üçün təcrübə və maliyyə gətirə bilər.

 

Müəllif: Famil Ələkbərov

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İlk kibrit qutularından biri

Redaktor seçimi

SON XƏBƏRLƏR