Dərc edildi: Baxış sayı: 824
Vasif Talıbov naziri vəzifəsindən azad etdi - Yeni təyinat
Naxçıvan Muxtar Respublikasının Rabitə və Yeni Texnologiyalar naziri Rövşən Məmmədov vəzifəsindən azad edilib.
Oxu.Az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbov sərəncam imzalayıb.
Vasif Talıbovun fərmanı ilə Vüsal Sevdimaliyev Naxçıvan Muxtar Respublikasının Rabitə və Yeni Texnologiyalar naziri təyin edilib.
Qeyd edək ki, Vüsal Sevdimaliyev bundan əvvəl “Naxçıvanpoçt” publik hüquqi şəxsin direktoru vəzifəsində çalışıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət