Dərc edildi: Baxış sayı: 495
Vaqif Dərgahlı: “Sərəncamımızda olan silah-sursat düşmənin geri otuzdurulmasına şərait yaratdı”
“Proses onu göstərdi ki, Ermənistan heç şübhəsiz ki, işğalçılıq siyasətini yürütmək istəyir. Ərazilər işğal etmək və hər hansı mövqelər ələ keçirmək istəyir”.
Ens.az Report.az-a istinadən xəbər verir ki, bunu Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı deyib.
Onun sözlərinə görə, Azərbaycan Ordusunun döyüş hazırlığı, mənəvi-psixoloji ruhu və bu istiqamətdə yerləşən bölmələrimizin hazırlığı bunun qarşısını qəti surətdə alıb: “Sərəncamımızda olan silah-sursat düşmənin yerində saxlanılmasına və onun itki verərək geri otuzdurulmasına şərait yaratdı. Biz də bunu həyata keçirdik”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət