Slimfit
  1. MARAQLI

Uzun adlı göl

Uzun adlı göl
Sakura

ABŞ-da 45 hərfdən ibarət adı olan göl mövcuddur.

“Salam. Bağışlayın, deyə bilərsiniz Ça-qo-qe-qaq-mən-ço-qe-qaq-çe-ba-nə-qan-qe-moq gölünə necə gedə bilərəm?”. Biz əminik ki, əgər siz Massaçusets ştatının sakininə bu gölün harada yerləşməsini soruşsanız o sizin barənizdə yüksək fikirdə olacaq. Çoxları 45 hərfdən olan bu adı ilk dəfədən düzgün tələffüz edə bilmir.

Chargoggagoggmanchauggagoggchaubunagungamaugg. Hər yerdə bu adın yazılması ilə bağlı xətalara rast gəlmək olur.

Su hövzəsinin üzərdində ştatın yerli sakinləri – Nipmak qəbiləsinin hindiləri istehza ediblər. Bu sözün dilin xüsusi tərkibi və ya yumor hissi ilə adlandırılması məlum deyil, lakin bunu tərcümə etsək belə alınır: “Sən balığı öz sahilində tutursan, mən də əks tərəfdə və heç kim balığı ortada tutmur”. Sadə dildə gölü yaxınlıqda yerləşən şəhərin adı ilə “Vebster gölü” adlandırırlar. Lakin 1949-cu ildə adı sadələşdirmək üçün bir neçə “G” hərfini götürmək istədikdə yerli əhali narazılıq etdi. Yerli şair bununla bağlı misra da qoşub: “Bizim böyük gölümüzün G-dən əlini çək”.

Gölün adı coğrafi adlar sırasında altıncı yeri tutur. Ən uzun coğrafi ad isə Yeni Zelandiyadakı təpənin adıdır : taumatawhakatangihangakoauauotamateaturipukakapikimaungahoronukupokaiwhenuakitanatahu.

Müəllif: Famil Ələkbərov

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Super qapıçı

Redaktor seçimi

SON XƏBƏRLƏR