Slimfit
  1. SİYASƏT

Vüqar Gülməmmədov: İqlim Skanerinin nəticələri dünyanın üçdə bir ölkəsinin iqlim dəyişikliyi ilə bağlı strategiyaya malik olmadığını göstərdi

Vüqar Gülməmmədov: İqlim Skanerinin nəticələri dünyanın üçdə bir ölkəsinin iqlim dəyişikliyi ilə bağlı strategiyaya malik olmadığını göstərdi
Sakura

Vüqar Gülməmmədov: İqlim Skanerinin nəticələri dünyanın üçdə bir ölkəsinin iqlim dəyişikliyi ilə bağlı strategiyaya malik olmadığını göstərdi

"COP kimi mötəbər tədbirə Azərbaycanın ev sahibliyi etməsi çox böyük şərəfdir. İqlim Skanerinin ilkin qlobal nəticələrinin Bakıda keçirilən COP29-da açıqlanması ev sahibi kimi Azərbaycan Respublikası Hesablama Palatasının məsuliyyətini bir qədər də artırır".

Ens.az AZƏRTAC -a istinadən xəbər verir ki, bu sözləri Hesablama Palatasının sədri Vüqar Gülməmmədov BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Ali Audit Orqanlarının Beynəlxalq Təşkilatı olan INTOSAI ilə birgə təşkil etdikləri “Hökumətlər iqlim sahəsində fəaliyyətlərində hansı mərhələdədirlər? – İqlim Skaneri qiymətləndirməsinin nəticələri” adlı tədbirdən sonra jurnalistlərə açıqlamasında deyib.

 

İqlim dəyişikliyinin dövrümüzün ən böyük qlobal problemlərindən hesab olunduğunu vurğulayan sədr 141 ölkənin İqlim Skaneri ilə bağlı qiymətləndirməsinin nəticələrində ortaya çıxan problemlərə toxunub: "Nəticələr onu göstərdi ki, dünyanın üçdə bir ölkəsi iqlim dəyişikliyi ilə bağlı strategiyaya malik deyil. Dünya ölkələrinin 40 faizində isə iqlim dəyişikliyi ilə bağlı hüquqi baza yoxdur. Hüquqi bazaya malik olan ölkələrdə isə monitorinq sistemlərində çətinliklər var. Azərbaycan Respublikası Hesablama Palatasının apardığı nəzarət tədbirlərində və iqlim məsələlərinə dair auditlərdə bəzi çətinliklərin aşkarlandığı və bu çətinliklərin yalnız bir ölkə və ya təşkilatın deyil, bütün ali Audit Orqanlarının ümumi problemi olduğu təsdiqini tapdı. Bu problemlər iqlim maliyyəsi barədə yaxşı təcrübənin sayının az olması, yaşıl büdcə ilə bağlı nəzəri və praktiki tətbiqlərin arasında fərqlərin müşahidə edilməsi, iqlim fəaliyyəti ilə əlaqəli auditlərin ənənəvi standartlarla uyğun gəlməməsi və bundan ötrü milli qanunvericilikdə dəyişikliyin edilməsi və iqlim auditi ilə bağlı standartların inkişaf mərhələsində olmasından ibarətdir. Bütün bunlar ölkələrin əməkdaşlarının bilik və bacarıqlarının artırılmasının zəruriliyini bir daha sübut etdi".

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsan hər dəfə nəfəs aldıqda ağciyərlərdəki havanın 17%-i yenilənir.

Redaktor seçimi

SON XƏBƏRLƏR