Slimfit
  1. SİYASƏT

BMT rəsmisi: Maliyyələşdirmə iddialı iqlim fəaliyyətləri üçün vacib amildir

BMT rəsmisi: Maliyyələşdirmə iddialı iqlim fəaliyyətləri üçün vacib amildir
Sakura

BMT rəsmisi: Maliyyələşdirmə iddialı iqlim fəaliyyətləri üçün vacib amildir

Bakıda keçirilən COP29-da təkcə iqlim dəyişikliyi ilə mübarizənin maliyyələşdirilməsi üçün yeni hədəfin müəyyən edilməsi deyil, həm də bütün dünyada iqlim fəaliyyətlərini aktivləşdirməyin zəruriliyi müzakirə olunur.

Ens.az Report.az-a istinadən xəbər verir ki,bunu BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (UNFCCC) icraçı katibi Saymon Stil COP29 çərçivəsində iqlim dəyişikliyi ilə mübarizənin maliyyələşdirilməsi üzrə altıncı yüksək səviyyəli nazirlər dialoqunda bildirib.

O vurğulayıb ki, maliyyələşdirmə iddialı iqlim fəaliyyətləri üçün əsas amildir, problemlərin həllinə konstruktiv yanaşmanın hazırlanması vacibdir:

"Uyğunlaşma layihələrinə qrant və borc şəklində daha çox vəsait daxil olmağa başlayıb. Şəffaflığın artırılması, əlçatanlıq və s. kimi vacib məqamlar da var. Maliyyəyə çıxışın yaxşılaşdırılması yollarının axtarışında mövcud imkanlardan istifadə etməliyik. Maliyyələşdirmə borc böhranının qızğın vaxtında daha əlçatan ola bilər. Bundan əlavə, inkişaf etməkdə olan ölkələrə yardım göstərmək üçün daha çox innovasiya və resurs cəlb etmək olar”.

 

“Bakıda söhbət təkcə iqlim dəyişikliyi ilə mübarizənin maliyyələşdirilməsi üçün yeni hədəfin müəyyən edilməsindən getmir. Söhbət hər yerdə iqlim dəyişikliyi ilə mübarizə tədbirlərinin aktivləşdirilməsindən gedir", - S.Stil bildirib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bir şəklin tarixçəsi - Heydər Əliyev: “Mən o kişinin işinə qarışa bilmərəm” – Şuşa, 29 iyul, 1982-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR