Slimfit
  1. MEDİA

UTECA-da respublika elmi konfransı keçirilib

UTECA-da respublika elmi konfransı keçirilib
Sakura

UTECA-da respublika elmi konfransı keçirilib

UTECA-da respublika elmi konfransı keçirilib

Azərbaycan Texnologiya Universitetində “Texnoloji inkişaf iqtisadi inkişafın əsasıdır”  adlı müəllim və gənc tədqiqatçıların respublika elmi konfransı keçirilib. 

Konfransın onlayn qaydada təşkil edilən plenar iclasını Azərbaycan Texnologiya Universitetinin rektoru, professor Akif Süleymanov giriş sözləri ilə açıb. Rektor bildirib ki, müasir iqtisadiyyat texnologiyanın inkişafından asılıdır və yeni texnologiyanın inkişafı istehsal texnologiyalarının inkişafının əsasını təşkil edir. “Texnologiyanın inkişafı, texnoloji ideyalar yenilikləri sevir və bu istiqamətdə Azərbaycan Texnologiya Universiteti də yüksək ixtisaslı kadrların yetişdirilməsində və tələbələrin tədqiqata cəlb edilməsində mühüm addımlar atmaqdadır” -deyə qeyd edən rektor Azərbaycan Texnologiya Universitetinin TEKNOFEST Azərbaycan festivalına hazırlığı barədə məlumatlar verib, beş UTECA komandasının dörd müsabiqə üzrə qeydiyyatdan keçdiyini və komandaların layihələr üzərində ciddi işlədiklərini açıqlayıb.

Daha sonra Gəncə şəhər icra hakimiyyəti başçısının müavini Adil Tağıyev, Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər Birliyinin sədri Hüseyn Böyükfırat, Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin Təhlil və Monitorinq şöbəsinin mütəxəssisi Aygün Əhmədova, KOBİA katibliyinin rəhbəri Elmar İsayev, AMEA İqtisadiyyat İnstitutunun şöbə müdiri, professor Fuad Qənbərov, Bakı Mühəndislik Universitetinin elmi işlər üzrə prorektoru Elçin Süleymanov, Bakı Avrasiya Universitetinin elmi işlər üzrə prorektoru, professor Gülzar İbrahimova, Mİngəçevir Dövlət Universitetinin elmi işlər üzrə prorektoru, professor Veysəl Eyyubov və digər elm adamları çıxış ediblər. Çıxışlarda konfransın mövzusunun müsir tələblərlə uzlaşdığı xüsusilə vurğulanaraq tədbirin məhsuldar olacağına əminlik ifadə edilib.

Konfransın plenar iclasında UTECA-nın Marketinq kafedrasının baş müəllimi, 2021-ci ildə UTECA-da “İlin gənc alimi” adına layiq görülən Sevinc Babakişiyeva “Müasir texnologiyaların müasir iqtisadiyyatda rolu”, Tələbə Elmi Cəmiyyətinin sərdi Aysel Məmmədli “Startapların yaradılmasında universitetlərin rolu”, Yüngül sənaye mühədisliyi və logistika fakültəsinin I kurs tələbəsi Elmir Mollayev isə “PUA-ların həndəsi parametrlərini dəyişməklə aerodinamik keyfiyyətinin yaxşılaşdırılması” adlı məruzələrlə çıxış ediblər. 

Plenar iclasın yekunundan sonra respublika konfransı panellərdə davam edib. Qida mühəndisliyi, Logistika mühəndisliyi,  Yüngül sənaye mühəndisliyi, Metal və materiallar mühəndisliyi, İnformasiya texnologiyaları və kompüter mühəndisliyi, İqtisadiyyat və menecment, Davamlı inkişaf  və təhsil texnologiyaları istiqamətləri üzrə həyata keçirilən panel iclaslarında müəllim və gənc tədqiqatçıların aktual məruzələri dinlənilib. 

Konfransın məcmuələr toplusuna 200-dən çox tezis daxil edilib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli Azərbaycan bəstəkarı və pedaqoqu Qara Qarayev tələbələri arasında

Redaktor seçimi

SON XƏBƏRLƏR