Slimfit
  1. MEDİA

UTECA-da Məzun Günü və "Məzun-2022" əmək yarmarkası keçirilib

UTECA-da Məzun Günü və "Məzun-2022" əmək yarmarkası keçirilib
Sakura

UTECA-da Məzun Günü və "Məzun-2022" əmək yarmarkası keçirilib

UTECA-da Məzun Günü və "Məzun-2022" əmək yarmarkası keçirilib

Bu il Azərbaycan Texnologiya Universitetinin 740 tələbəsi məzun olub

Azərbaycan Texnologiya Universitetində Məzun Günü və “Məzun-2022” Əmək yarmarkası keçirilib. Əvvəlcə məzunlar universitetin həyətində ucaldılan Şəhidlər abidəsini ziyarət ediblər. Daha sonra tədbir Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edilib. Ardınca Vətən uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin, YAP Gəncə Şəhər Təşkilatının, KOBİA-nın Gəncə-Qazax regional koordinatorluğunun, eləcə də UTECA-nın əməkdaşlıq etdiyi müəssisə və təşkilatların nümayəndələri və rəhbər şəxsləri, valideynlər və məzunlar iştirak ediblər.

Rektor, professor Akif Süleymanov təbrik nitqi ilə çıxış edib. Qeyd edib ki, 1970-ci ildə Ulu Öndər Heydər Əliyev tərəfindən filial kimi əsası qoyulan və 1980-ci ildən institut statusu alan UTECA 42-ci məzun buraxılışını qeyd edir. Rektor məzunlara uğur, qətiyyət və əzm, öz üzərlərində daim çalışmağı arzulayaraq gələcək karyeralarında nailiyyətlər diləyib.

Daha sonra tədbirin fəxri qonaqları professor-müəllim heyəti, valideynlər və məzunlar, eləcə də keçmiş məzunlar çıxış ediblər.

Universitetin ictimai həyatında aktivliyi və dərslərdə müvəffəqiyyəti ilə fərqlənən məzunlar və UTECA basketbol komandasının üzvləri universitet və əməkdaşlıq etdiyi müəssisələr tərəfindən təşəkkürnamə, fəxri fərman və hədiyyələrlə təltif ediliblər.

Tədbir bədii hissə ilə davam edib.

Məzun Günü çərçivəsində təşkil olunan “Məzun-2022” Əmək yarmarkasında Azərbaycan Texnologiya Universitetinin aktiv əməkdaşlıq etdiyi 50-yə yaxın müəssisə və təşkilat vakant yerlərlə çıxış edib.

Bu il Azərbaycan Texnologiya Universitetini 615 bakalavr, 125 magistr bitirir ki, yarmarkada onlarla yanaşı UTECA-nın keçmiş məzunları da iştirak edib.

Tədbirdə UTECA Texnoparkının məhsulları, eləcə də dizayn ixtisasının tələbələrinin əl işlərindən ibarət sərgi nümayiş etdirilib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Aprel şəhidimiz Fəxrəddin Qurbanlı

Redaktor seçimi

SON XƏBƏRLƏR