Slimfit
  1. AZƏRBAYCANLI

Usta qanının istisi ilə yaranan əsərlər və ya "heç 5 min manata da satmaram"

Usta qanının istisi ilə yaranan əsərlər və ya "heç 5 min manata da satmaram"
Sakura

Alı Əsgərov: "Əl işlərini hazırlayarkən, usta qanının istisini hazırladığı əşyaya hopdurur, ona görə…

Tovuz rayonunun Alakol kənd sakini Alı Əsgərov incəsənətin ən qədim növlərindən olan bədii oyma sənətini ölkəmizdə yaşadan insanlardandır. 67 yaşlı sənətkar bu sahəni hələ kiçik yaşlarından, ustadı olmadan, ağac üzərində sadə fiqurlar çəkib-oymaqla öyrənib.

Sonradan həvəsinin arxasınca gedərək Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbinə qəbul olub. Heykəltəraşlıq təhsili alan Alı Əsgərov rayona qayıtdıqdan sonra məktəbdə rəsm müəllimi kimi işləməyə başlayıb.

"Kənddə yaşayanda qüvvə çox yerə paylanır, dolanışıq arxasınca qaçmaqdan yaradıcılığa vaxt qalmır" - deyən sənətkar vaxt tapdıqca sevdiyi sənətini davam etdirib.

O, Sputnik Azərbaycan-ın bölgə müxbiri ilə söhbətində bədii oyma işinin böyük zəhmət, dəqiqlik, incəlik və ən başlıcası rəssamlıq bacarığı tələb etdiyini deyir: "40 ilə yaxındır bu işin incəliklərlə məşğul oluram. Ən çox milli naxışlar olan Buta, Xətai, İsmi, Bulud naxışlarından istifadə edirəm".

"Bir işi, haradasa, 7-10 gün müddətində hazırlayıram. Əl işlərimi ən çox suvenir kimi alırlar. Bir əl işi, təxminən, 200-250 manat civarında satılır. Amma elə əl işləri var ki, onları heç 5 min manata da satmaq istəmirəm" - deyə sənətkar məlumat verir.

Alı Əsgərov bu sahəyə marağın olmasına baxmayaraq, texnologiyanın inkişafı ilə bədii oyma sənətinin arxa plana keçməsindən də danışır: "Hazırda kompüter texnologiyaları, sənaye üsulu naxışlar bu sənəti həm keyfiyyətsizləşdirib, həm ucuzlaşdırıb".

"Amma o işlər nə qədər gözəl görünsə də, əl işinin əvəzini vermir. Onlar proqramlaşdırılaraq konveyer üsulu ilə hazırlanır. Əl işlərini hazırlayarkən isə, usta qanının istisini hazırladığı əşyaya hopdurur. Ona görə əl işləri onlardan daha gözəl, daha dəyərli olur" - müsahibimiz bildirir.

Alı Əsgərov ağac üzərində oyma sənətini inkişaf etdirməklə yanaşı, yeniyetmə və gənclərə də öyrədir. Bu məqsədlə kənddə emalatxana şəraitində kurslar keçirir, onların asudə vaxtlarını daha səmərəli keçirmələri üçün şərait yaradır.




Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Süleyman Rüstəmin bacısı yazıçı Cəlal Bərgüşadın həyat yoldaşı idi.

Redaktor seçimi

SON XƏBƏRLƏR