Dərc edildi: Baxış sayı: 777
Usta Abdulla - Qarışar
Mərdlərin içindən seçin namərdi,
İlqarsızdı, gedib elə qarışar.
Kökündən çıxardın qara tikanı,
Hayıfdı, ətirli gülə qarışar.
Alçaq adam qarışdırar aranı,
Bayquşda adətdir: sevər viranı.
Odun sayma qarağanı, turanı,
Yandırsan, köz olmaz, külə qarışar.
Ağac bəlli olar yaxşı barından,
İyidlər seçilər düz ilqarından.
Abdulla, ev tikmə qışın qarından,
Yazda gün əridər, selə qarışar.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət