Dərc edildi: Baxış sayı: 252
ÜST Qəzzada dərhal atəşkəsə nail olunmasına çağırıb
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus həkimlərin ehtiyacı olan insanlara çıxışını təmin etmək üçün Qəzza zolağında dərhal atəşkəs tələb edib.
Ens.az AZƏRTAC -a istinadən xəbər verir ki, bu barədə o, “X” sosial hesabında yazıb.
"Qəzzanın şimalında xəstələr və tibb işçiləri üçün qaranlıq bir reallıq hökm sürür. Bizə buradakı insanlara kömək üçün daha təhlükəsiz, daha davamlı və genişləndirilmiş giriş lazımdır. Yanğını dayandırın”, - deyə baş direktor qeyd edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət