Slimfit
  1. DÜNYA

Ukraynalıların daxili pasportla Rusiyaya getmələri qadağan edildi

Ukraynalıların daxili pasportla Rusiyaya getmələri qadağan edildi
Sakura

Ukraynalıların daxili pasportla Rusiyaya getmələri qadağan edildi

Ukrayna vətəndaşlarının daxili pasportla Rusiya ərazisinə girişi qadağan edilib. “Qafqazinfo” “Lenta.ru”ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Baş Naziri Aleksey Qonçaruk bildirib. 

Qərar 2020-ci il martın 1-dən qüvvəyə minəcək. Rusiya ərazisinə səfərlər üçün ukraynalıların özlərinin pasportu olmalıdır.

Üstəlik, Qonçaruk qeyd edib ki, yeni nəzarət metodları səbəbindən sərhəd keçid vaxtı azalacaq. 

“Məlumatları yoxlamaq üçün pasport məlumatları xüsusi cihazlarla oxunur”, -deyə o söyləyib.

Məhdudlaşdırıcı tədbir yalnız Rusiyaya daxil olan insanlara şamil olunur. Sərhədi əks istiqamətdə keçən və qonşu dövlətin ərazisindən vətənlərinə qayıdan Ukrayna vətəndaşları üçün qaydalar eyni qalır. Onlar daxili pasport və doğum haqqında şəhadətnamə əsasında buraxılacaqlar.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Ağdam, Azərbaycan, 1993-cü il. Qız güllə və bomba partlayışı səslərini eşitməmək üçün qulaqlarını tutub.

Redaktor seçimi

SON XƏBƏRLƏR