Slimfit
  1. PSİXOLOGİYA

Uğurlu insanlar kitab oxumağa vaxtı necə tapırlar?

Uğurlu insanlar kitab oxumağa vaxtı necə tapırlar?
Sakura

Ən varlı sahibkarlar çoxlu kitab oxuyurlar və qazandıqları uğurları məhz kitabla bağlayırlar.

 

Uorren Baffet - sahibkar, dünyanın ən məşhur investorlarından biri

Baffetdən bir dəfə uğurunun səbəbini soruşanda o dedi: “Hər gün 500 səhifə oxuyun. Yatırımdakı faizlər kimi bilik də yığılır. İstənilən insan bunu edə bilər, lakin çox az insan bunu edir”.

Baffetin özü investorluq karyerasının əvvəlində gün ərzində 600-1000 səhifə oxuyurdu. İndi də vaxtının 80%-ni oxumağa həsr etməyə çalışır. Buna necə nail olur? O sadəcə bunu böyük əhəmiyyətli məsələ hesab edir.

Mark Kyuban - sahibkar, Landmark Theatres şirkətinin sahibi, HDNet şirkətinin direktoru

Kyuban gün ərzində təxminən 3 saat kitab oxuyur, bu ona öz gücündə əminlik hissi yaradır. Onun sözlərinə görə o uşaqlıqda əlinə düşən hər kitab və jurnalı oxuyub, axı bir yaxşı fikir onun nəyəsə nail olub-olmamasını həll edə bilərdi.

“Mənə elə gəlir ki, əgər mən bütün əlçatan informasiyanı qavramağa kifayət qədər vaxt sərf etsəm, mən öz binzesimdə üstünlük qazanacam”, - Kyuban deyir.

Bill Qeyts - Microsoft şirkətinin yaradıcısı, sahibkar və ictimai xadim

Qeyts il ərzində 50 kitab oxuyur. Onun sözlərinə görə çox səyahət etdiyinə və maraqlı insanlarla görüşməsinə baxmayaraq kitab oxumaq onun üçün hələ də yeni bir şeyi öyrənmək və öz baxışlarını genişləndirmək üçün əsas üsul kimi qalır. Yola çıxarkən o həmişə özü ilə kitab götürür.

İlon Mask - sahibkar, ixtiraçı və investor

Raket tikintisi üçün qiymətlər çox yüksək idi, buna görə də Mask özü onu inşa etməyi öyrəndi. Bunun üçün o kitab oxudu. O konkret məqsədə çatmaq üçün can atırdı, konkret biliklər öyrənmək istəyirdi və istədiyini öyrənməmiş dayanmırdı.

Toni Robbins - yazıçı, sahibkar, məşqçi, layf kouçinq üzrə bestseller müəllifi

Robbins kasıb ailədə doğulmuşdur, onun anası alkoqoldan əziyyət çəkidir. O deyir ki, oxumaq onun həyatını xilas etdi və daha güclü olmağa kömək etdi.

“Mən sürətli oxuma kursu keçdim və yeddi il ərzində psixologiya, fiziologiya, həyatı dəyişəcək kitablar da daxil olmaqla 700 kitab oxudum.

Çox oxumaq üçün nə etmək lazımdır?

1. Kitabxanaya getmək.

Bu ucuz üsul minlərlə kitab oxumaq üçün yol açacaq.

2. Taymerlə oxuyun

30 dəqiqə və ya 3 saat vaxtınız olmasının fərqi yoxdur, taymer sizi kitab oxumağa kökləyəcək və sizin fikriniz yayınmayacaq.

3. Hər zaman əlinizin altında kitab olsun

Yolda səsli kitablar oxuyun. Azərbaycan dilində danışan kitablar proqramını buradan quraşdıra bilərsiniz. Gözləmə vaxtını boşuna keçirməyin – hər zaman üzərinizdə kitab və ya elektron kitab olsun.

4. Yatmazdan əvvəl oxuyun

Araşdırmalara əsasən yatmazdan əvvəl biz daha çox informasiya mənimsəyirik. Həm də oxumaq bizə yuxulamağa kömək edir. Hər axşam biz kitab oxusaq vərdişə çevriləcək.

5. Ən azı üç bölmə oxuyun

Ən azı üç bölmə oxuyun, xoşunuza gəlməsə davamını oxumaya bilərsiniz. Əgər həmin kitab sizə xeyir vermirsə ona vaxtınızı sərf etməyin.

 

Müəllif: Famil Ələkbərov

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gəncə 19-cu əsrdə. Nizami küçəsi 4-cü döngədəki evlərdən biri.

Redaktor seçimi

SON XƏBƏRLƏR