Slimfit
  1. MEDİA

"Dezinformasiyanın geniş yayıldığı dövrdə media savadlılığı həyati əhəmiyyət daşıyır"

"Dezinformasiyanın geniş yayıldığı dövrdə media savadlılığı həyati əhəmiyyət daşıyır"
Sakura

"Dezinformasiyanın geniş yayıldığı dövrdə media savadlılığı həyati əhəmiyyət daşıyır"

"Hazırkı dövrdə informasiya texnologiyalarının sürətli inkişafı ilə bağlı olaraq, cəmiyyətimiz informasiya böhranının tam mərkəzindədir. Media vasitəsilə yayılan məlumatların doğruluğunu anlamaq, məqsədini və mənbəyini müəyyən etmək hər zamankından daha vacibdir".

Bu fikirləri Redaktor.az-a açıqlamasında Türkiyənin Sakarya Universitetinin Ünsiyyət fakültəsi, ünsiyyət elmləri bölməsinin magistrantı Seymur Bənnayev media savadlılığının vacibliyini şərh edərkən dedi. Onun fikrincə, media savadlılığı bu problemlərin həlli üçün əsas vasitədir:

"Bu bacarıq insanlara media məhsullarını tənqidi şəkildə analiz etmək, yayılan məlumatların mənbəyini və məqsədini qiymətləndirmək imkanı verir. Media savadlılığı yalnız məlumatların doğruluğunu yoxlamaqla kifayətlənmir, həm də dezinformasiyadan qorunmağın və məlumatları düzgün qiymətləndirərək qərar qəbul etməyin yollarını öyrədir.

Dezinformasiyanın geniş yayıldığı dövrdə media savadlılığı həyati əhəmiyyət daşıyır. Hər bir fərd məlumatların haradan gəldiyini və nə məqsədlə yayımlandığını başa düşməlidir. Məlumatların doğruluğunu yoxlamadan onları qəbul etmək təhlükəli nəticələrə səbəb ola bilər. Buna görə də media savadlılığı düzgün qərarlar qəbul etmək və tənqidi düşünmək üçün mühüm rol oynayır."

O qeyd etdi ki, cəmiyyətin media savadlılığı mövzusunda maarifləndirilməsi çox vacibdir:

 

"Təhsil sistemlərində media savadlılığı dərslərinin tətbiqi və texnologiyanın düzgün istifadəsinə diqqət yetirilməsi gələcəkdə bu böhranla mübarizə aparmaq üçün əsas prioritetlərdən biri olmalıdır. Media savadlılığı yalnız fərdi səviyyədə deyil, ümumi cəmiyyətin inkişafı üçün də vacibdir. Xüsusilə gənc nəsil bu bacarıqları mənimsəyərək daha sağlam informasiya mühiti formalaşdıra bilər. Bu gün sosial media və ənənəvi media vasitəsilə yayılan yanlış məlumatlar cəmiyyət üçün ciddi təhlükə yaradır. Bu səbəbdən, insanlar yalnız xəbərlərin məzmununa deyil, həm də onların mənbələrinə diqqət yetirməlidirlər. Məlumatın məqsədi, konteksti və arxasında duran maraqların analizi düzgün nəticələrə gəlmək üçün əsas şərtdir".

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Hacı Zeynalabdin Tağıyev. Bakı, XX əsrin əvvəlləri.

Redaktor seçimi

SON XƏBƏRLƏR