Dərc edildi: Baxış sayı: 526
Nyuton rəqibini 38 saniyəyə nokauta saldı
Ens.az xəbər verir ki, qarışıq döyüş növündə mübarizə aparan amerikalı Corney Nyuton Hyustonda keçirilən "Ultimate Fighting Championship" (UFC) turnirində həmyerlisi Domingo Pilarteni məğlub edib.
Nyutona rəqibini məğlub etməsi üçün cəmi 38 saniyə kifayət edib. 30 yaşlı MMA döyüşçüsü üçün bu qələbə UFC turnirində ilk olub. Belə ki, o, bu turnirdə debüt duelində hakim qərarı ilə Roberto Romosa uduzmuşdu.
Turnirin ən yaddaqalan döyüşü isə cari UFC yüngül çəki çempionu Con Cones və rəqibi Dominik Reyes arasındakı mübarizə olub. Beş raund davam edən gərgin qarşıdurmadan sonra hakimlər yekdilliklə qələbəni hazırki titul sahibinə veriblər. Ancaq Conesin bu qələbəsi MMA cameəsində birmənalı qarşılanmayıb.
Ens.az
Qeydiyyat tarixi:
Ens.az - 4 dildə xəbərlər və ensiklopediya saytı
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət