Dərc edildi: Baxış sayı: 53
Mumbaidan–Münxenə uçan “Lufthansa”nın təyyarəsi Bakıya təcili eniş edib
“Lufthansa” aviaşirkətinin Mumbai–Münxen reysini yerinə yetirən hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu göndərib. Buna səbəb təyyarədə olan sərnişinlərdən birinin səhhətinin qəflətən pisləşməsi olub.
Beynəlxalq hava limanından AZƏRTAC-a bildirilib ki, “Airbus A350” tipli təyyarə yerli vaxtla saat 06:47-də Bakı hava limanında uğurla eniş edib.
Sərnişinə hava limanında dərhal ilkin tibbi yardım göstərilib və daha sonra o, təcili tibbi yardım briqadasına təhvil verilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət