Slimfit
  1. SİYASƏT

COP29-un iştirakçısı: İspaniya su ehtiyatlarının qorunmasında digər ölkələrin təcrübəsini də öyrənməlidir

COP29-un iştirakçısı: İspaniya su ehtiyatlarının qorunmasında digər ölkələrin təcrübəsini də öyrənməlidir
Sakura

COP29-un iştirakçısı: İspaniya su ehtiyatlarının qorunmasında digər ölkələrin təcrübəsini də öyrənməlidir

“İspaniya bərpaolunan enerji və yaşıl texnologiyalar sahəsində mühüm irəliləyişlər əldə edib. Düşünürəm ki, İspaniya bu sahədə digər ölkələr üçün nümunəvi bir modeldir”.

Ens.Az-ın məlumatına əsasən,bu fikirləri AZƏRTAC-a açıqlamasında COP29-un ispaniyalı iştirakçısı Qabriyel Arbones Dominqo bildirib. O qeyd edib ki, xüsusilə Aralıq dənizi bölgəsi və yarımquraq ərazilərdə yerləşən digər ölkələr İspaniyanın təcrübəsindən yararlana bilər. Bu ölkələr bərpaolunan enerji mənbələrinin hansı növlərinin onların spesifik ehtiyaclarına daha uyğun olduğunu öyrənmək üçün İspaniyanın nümunəsini öyrənə bilərlər.

“Su İspaniya kənd təsərrüfatının əsas dayağıdır və müasir suvarma texnologiyaları bu sahədə davamlılığı təmin edən ən mühüm elementlərdən biridir,” - deyə o vurğulayıb.

Bununla yanaşı, Qabriyel Arbones Dominqo deyib ki, İspaniya yaxşı təcrübələr təqdim etsə də, su ehtiyatlarının qorunması və daha inkişaf etmiş kənd təsərrüfatı texnologiyalarını tətbiqi üçün digər ölkələrin təcrübəsini də öyrənməlidir.

“Biz bu sahədə daha geniş yanaşma tətbiq edərək öz potensialımızı daha da gücləndirə bilərik”, - deyə müsahibimiz fikrini tamamlayıb.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yaşıl çay qara çaydan 50% daha çox C vitamininə malikdir

Redaktor seçimi

SON XƏBƏRLƏR