Slimfit
  1. KİTABLAR

Eynşteyn kimi düşün: hər şeylə maraqlan

Eynşteyn kimi düşün: hər şeylə maraqlan
Sakura

Eynşteyn kimi düşün: hər şeylə maraqlan

Mənim xüsusi istedadım yoxdur. Mən sadəcə hər şeylə maraqlanıram.

                                                           Albert Eynşteyn, 1952

 

Nə qədər Eynşteynin hansı düşüncə proseslərinin onu zirvəyə qaldırmasını təxmin etmək istəsək də, o özü inanırdı ki, burada vacib rolu onun həqiqətən böyük suallara onun cavab tapmaq istəyi oynayıb.  O qeydlərində deyirdi: “Mənim elmi fəaliyyətim ancaq və ancaq Təbiətin sirlərinin açılmasına olan istəyim ilə motivasiya olunurdu”. 1920-ci ildə dərc olunmuş Eynşteynin bioqrafiyasında öz dostu Aleksandr Moşkovskiyə olan məktubunda alim yazıçıya öz daxili əminliyini açıqlayıb ki, elmin inkişafı ümumilikdə və bütövlükdə insanın təmiz elmə olan ehtirasını təmin etmək ehtiyacından baş verir.

            Bundan əlavə o həmçinin əmin idi ki, istənilən sualın cavabı sadəcə olaraq mövcud deyil, onlar tapılması üçün gözləyirlər. 1938-ci ildə Eynşteyn “Fizikanın təkamülü. İdeyaların ilkin anlayışlardan nisbilik nəzəriyyəsi və kvanta qədər inkişafı” işində müəlliflərdən biri olur. Orada qeyd edir ki, “elmin daxili harmoniyasına inam olmasa heç bir elm olmazdı”. Onun dünyamızın və kosmosun böyük sirlərinin rasional izahının olması barədə əminliyi ona gənc olarkən gəlib. 12 yaşında o inanırdı ki, Təbiət riyazi konstruktlarla modelləşdirmə vasitəsilə izah oluna bilər, onların əksəriyyətini o “nisbi sadə” hesab edirdi.  Eyni fikri o filosof Herbert Spenser Qasserin şərəfinə söylədiyi mühazirədə açıqlayıb:

            İndiyə qədər qazandığımız təcrübə bizim Təbiətin sadə mümkün riyazi ideyaların reallaşdırılmasının mahiyyəti olmasına olan inamımızı təsdiqləyir. Mən əminəm: biz sadəcə riyazi konstruktların köməyi ilə bir-biri ilə əlaqədar olan konsepsiya və qanunlar kəşf edə bilərik ki, bu da bizə təbii fenomenləri başa düşməyə imkan verir.

            Beləliklə Eynşteyn bizi əhatə edən dünyanın möcüzələrinə olan heyranlığı ilə bu möcüzələrin təbiətini anlamağı bacaracağına olan inamla birləşdirirdi. Kompasın mistik gücündən təəccüblənən xəstə uşaq tezliklə öz marağını istilik və elektrikə yönəltdi ( bu təəccüblü deyil, çünki onun ailəsinin biznesi elektrik avadanlıqlarına həsr olunmuşdu). Bundan başqa o elə bir dövrdə böyümüşdü ki, o vaxtlar elm atomun və molekulların fiziki reallıqları üçün terminlərini hazırlamağa başlamışdı və kinetik nəzəriyyə ilə bağlı əsas suallar (materiyanın içərisində hissəciklərin hərəkəti haqqında) həyatının ilk illərində onu narahat edirdi.

            Onun öz qəhrəmanları var idi – Qaliley və Nyuton, onları Moşkovskiyə olan məktubunda dünya elmində iki böyük dahi-yaradıcı kimi qələmə verirdi. Bu iki dahidən onun diqqətini məhz Nyuton daha çox çəkirdi -  istehza kimi səslənsə də məhz iki yük il əvvəl ixtira kimi dünya tərəfindən qəbul olunan Nyutonun “reallıqları”nı nəzərə alsaq Eynşteyn tərəfindən xaosa çevrildi. 1931-ci ildə Nyutonun “Optika” (1704) işinə müqəddimə yazarkən Eynşteyn qeyd edib: “O bir şəxsiyyətdə təcrübəçi, nəzəriyyəçi, mexaniki birləşdirirdi və bu da ekspozisiyanın rəssamı üçün vacibdir”. Ola bilsin ki, burada o özünü də nəzərdə tuturdu, bəzilər güman edə bilərdi ki, Eynşteynin təcrübəçi kimi vərdişləri müəyyən mənada onun sələfindən geridə qalırdı.

            Lakin Eynşteyn məhz yüksək səviyyəli nəzəriyyəçi idi – bu əsasən onun nəzəriyyənin sadə vəziyyətindən çıxmalı olmasına olan əminliyinin hesabına idi. O 1940-cı illərdə onun qeyd etdiyi kimi, istənilən nəzəriyyə onun əvvəlki vəziyyəti və onu əhatə edən müxtəlifliyinin gücü ilə valeh edir. O inanırdı ki, yaxşı nəzəriyyə qəliz riyazi formullardan təmizlənməlidir, onun məğzi elə izah olunmalıdır ki, uşaq da başa düşə bilsin. Fundamental həqiqətlərə sadə baxış modernizm dövründə çox yüksək qiymətləndirilirdi. Öz dövrünün dahi rəssamı olan Pablo Pikasso deyir ki, yazmağı öyrənmək üçün 4 il, Rafael isə uşaq kimi çəkmək üçün bütün həyatını sərf edib.

            Əlbəttə ki, Eynşteynin tərəqqipərvərliyinə onun azad ruhlu olası, həyatında tək addımlaması kömək edirdi. 15 yaşında o artıq ata ocağı ilə vidalaşması üçün kifayət qədər sərbəst idi. Atasının elektromağazası müflis olduqdan sonra yeni biznes maraqları üçün İtaliyanın şimalı Paviyaya köçərkən o özünü təmin etməyi öyrənməyə qərar verdi. O Almaniyaya heç vaxt qayıtmamağa söz verdi, hətta alman vətəndaşlığından da imtina etməyə hazırlaşırdı. Bilik səviyyəsi ona qəbul ediləndən iki il əvvəl Politexnikuma daxil olmağa imkan verirdi. O autsayder kimi qanunlara əməl etməyə ehtiyac duymurdu, bu xüsusiyyət isə onun gələcək karyerasında əvəzedilməz rol oynadı.

                Bundan başqa ideyaları üçün böyük enerjisi elektrik ailəsində doğulması hesabına alıb: Albertin bütün uşaqlığı ərzində fizika üzrə ilkin fantaziyalarının təcrübəsini keçirdiyi avadanlıqlarından daim istifadə üçün icazə alaraq atasına işdə kömək edirdi. O bu zaman başqalarının qorxduğu addımları atmaq üçün özünə inam qazandı. Onun 1901-ci ildə yazdığı ilk elmi işi xatırlayaq. Təcrübəsiz və səliqəsiz olsa da o öz dövrünün iki böyük fizikinin – Lüdviq Bolçman və Paul Drudenin işlərini təndiq etməyə cürət etdi.

                Ola bilsin ki, “özünə əminlik” terminin özü Eynşteynə aid edilmirdi, onun üçün insanın şəxsiyyəti fikir və ideyaları ilə ölçülürdü. “Mənim kimi insanın əsas özəlliyi, - 1946-cı ildə o yazırdır, - onun necə etdiyi və ya yaşadığı deyil, onun necə fikirləşdiyindən ibarətdir”. Bununla yanaşı Eynşteyn heç vaxt özündən güclüləri təndiq etmək fikrində deyildi; sadəcə bunsuz onun növbəti inkişafına mane olan xətaları düzəldə bilməzdi.

                Eynşteyn üçün ən yaxşısı suallara cavab tapmaq deyil, sadəcə öz maralarının arxasında getmək daha sevindirici idi. O 1918-ci ildə dostu Henri Zanqerə etiraf edirdi: “Elmi düşüncə üçün əsas stimul – düşünənin cəhd etdiyi xarici məqsəd deyil, düşüncə fəaliyyətindən zövq almaqdır”.

 

Əvvəlki Hissə: həyat sprint deyil, marafondur

 

Müəllif: Famil Ələkbərov

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gözəl süni şəlalə

Redaktor seçimi

SON XƏBƏRLƏR