Slimfit
  1. SİYASƏT

İsveç COP29 iqlim sammitində tənqidə məruz qalıb

İsveç COP29 iqlim sammitində tənqidə məruz qalıb
Sakura

İsveç COP29 iqlim sammitində tənqidə məruz qalıb

Bakıda keçirilən COP29 iqlim sammitində İsveçin iqlim və ətraf mühit naziri Romina Purmohtari ölkə şirkətlərinin dayanıqlı inkişafa keçiddə digərləri üçün tərəfdaş kimi təşviqinə yönəlmiş yeni strategiyanı təqdim edib. O vurğulayıb ki, “yaşıl enerji” və davamlı istehsal kimi sahələrdə İsveç innovasiyaları iqlim dəyişikliyi ilə mübarizədə əsas rol oynaya bilər.

Ens.az AZƏRTAC -a istinadən xəbər verir ki, biznesə önəm verilməsi fəalların və ekoloji təşkilatların tənqidinə səbəb olub.

Nepallı iqlim fəalı Omkar Subedi, İsveçi iqlim fəlakətlərindən əziyyət çəkən ölkələrdən məkan oğurlamaqda ittiham edərək, iqlim böhranının artıq ölüm-dirim məsələsinə çevrildiyini qeyd edib.

“Biz fəlakətlər nəticəsində milyonlarla dollar və minlərlə insan həyatını itiririk. Siz isə gözəl şirkətlərinizi gətirib dəbdəbəli pavilyonlarda sərgiləyirsiniz”, – deyə O.Subedi bildirib.

Stokholm İsveç Təbiəti Mühafizə Cəmiyyətin baş katibi Karin Leksen bildirib ki, ölkə diqqəti kommersiya mənfəəti əldə etməyə yönəldib.

Eyni zamanda, İsveç əvvəllər lider mövqelərini tutduğu “Climate Change Performance Index” (CCPI) qlobal iqlim reytinqində mövqelərini itirməkdə davam edir. Səbəb kimi iqlim siyasətindəki dəyişikliklər, məsələn, elektromobillər üçün bonusların və hava nəqliyyatına verginin ləğvi olub.

Bu dəyişikliklərdən narahat olan Avropa Parlamentinin üzvü Emma Visner hökumətin iqlim siyasətindən imtina etdiyini, onu araşdırmalarla əvəz etdiyini və heç kimin bunun fərqinə varmayacağını düşündüyünü qeyd edib.

Nazir Romina Purmohtari iqtisadi artım və iqlim məsuliyyəti arasındakı əlaqəni vurğulayan yeni strategiya ilə fəxr etdiyini bildirib.

“Biz zəngin ailələr üçün yeni avtomobillərin alınmasını maliyyələşdirən elektrik avtomobilləri üçün bonusları ləğv etdik”, - deyə o, İsveç şirkətlərinin emissiyaları azaltmaqla yanaşı, digər ölkələrin rifahına da töhfə verə biləcəyini vurğulayıb.

 

Bununla belə, tənqidçilər bu yanaşmanın İsveçin iqlim siyasəti üzrə liderliyinə xələl gətirərək onu beynəlxalq səhnədə daha az iddialı oyunçuya çevrilməsindən qorxurlar.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Tısbağanı xilas etdi

Redaktor seçimi

SON XƏBƏRLƏR