Slimfit
  1. TEXNOLOGİYA

Uber müvəqqəti qazanc üçün xidmət yaradacaq

Uber müvəqqəti qazanc üçün xidmət yaradacaq
Sakura

Uber müvəqqəti qazanc üçün xidmət yaradacaq

Uber şirkətinin proqramçıları xəbər verib ki, müvəqqəti qazanc axtarışı üçün xidmət yaratmaq istəyirlər. Yeni layihə iş təklif edənlərə müvəqqəti işləri görmək üçün əməkdaşlar tapmağa kömək etməlidir.

Hazırda yeni xidməti açmağa hazırlaşırlar və Uber-də onun reallaşması üçün əməkdaş axtarılır. Uber Works layihəsi Çikaqoda işləməyə başlayacaq ki, burada hazırda insanların axtarışı aparılır. Ekspertlər qeyd edir ki, layihənin şirkətin qərargahının yerləşdiyi Silikon Vadisindən uzaqda buraxılması rəhbərliyin onun detallarını gizli saxlamaq istəyi ilə bağlıdır. Layihəyə namizədlər anlamalıdır ki, onlar gecələr, bayram və istirahət günləri çoxlu işləməlidirlər, çünki bu vaxtlar əlavə qazanca daha çox ehtiyac olur. 

İş axtaranlarda iş təklif edənləri müvəqqəti iş üçün birləşdirəcək yeni xidmətin inkişafı üçün şirkətin bazasında olan məlumatlardan istifadə olunacaq. Sürücülərin yeni xidmətdə iştirakı Uber partnyoru statusunu saxlamalı və onlara qazanc üçün yeni imkanlar təqdim etməlidir. Ekspertlərin fikrincə, yeni layihənin inkişafı Uberin IPO-ya çıxması ilə bağlıdır və potensial investorlara şirkətin çevikliyini nümayiş etdirməlidir. Qeyd olunur ki, bunun üçün Uber artıq taksi axtarışı ilə bağlı olmayan xidmətlər inkişaf etdirirdi - yük daşımaları, restoran və kafelərdən yemək çatdırılması və s. 

Şirkətin IPO-su yeni ilin başlanğıcına planlaşdırılmışdır. Bəzi məlumatlara əsasən, Goldman Sachs Group Inc. və Morgan Stanley artıq Uberin dəyərinin ilkin qiymətləndirməsini həyata keçirib ki, bu da 120 milyard dollar təşkil edib. Bu General Morors (GM), Ford Motor və Chrysler Fiat Automobiles şirkətlərinin bazar qiymətlərindən yüksəkdir.

 

Mənbə: Dni24.com

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünyada ən sürətli təkər üzərində ev öz rekordunu yenilədi. Keçən il onun sürəti 128km/s idi, may ayında bu sürəti 162,61 km/s-a qədər artırdı, indi isə yarım km artırdı.

Redaktor seçimi

SON XƏBƏRLƏR