Dərc edildi: Baxış sayı: 847
Yaponiya 20 şirkətin dəstəyi ilə uçan avtomobil layihəsi üzərində işə başlayıb
Yaponiya 20 şirkətin dəstəyi ilə uçan avtomobil layihəsi üzərində işə başlayıb.
“Ölkə.Az” xəbər verir ki, layihəyə 40.4 milyon dollar büdcə ayrılıb və uçan maşınlar 2020-ci ildə satışa buraxılacaq.
Yaponiya mətbuatının xəbərinə əsasən, uçan maşın layihəsi üçün “Uber”, “Yaponiya Hava Yolları”, “Airbus”, “Boeing”, “NEC”, “Toyota”, “ANA”, “Yamato” və digər şirkətlərin birlikdə olduğu 20 şirkət yol xəritəsi hazırlayacaq.
Yaponiyanın iqtisadiyyat, ticarət və sənaye nazirliyi uçan avtomobil layihəsi üçün 40.4 milyon dollarlıq büdcə ayırıb. Büdcə gələn akkumulyator, mühərrik və digər detalların istifadəsi üçün xərclənəcək.
Layihə çərçivəsində uçan avtomobillərin 2020-ci ilin əvvəlində bazara çıxarılması planlaşdırılır.
Hikmət Həsənov
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət