TWiT sözünün hüquq sahibi Twitter-i məhkəməyə verib
This Week in Tech (TWiT) podkastları üçün platformanın və şounun təsisçisi Leo Laporte mikrobloq xidməti olan Twitter-i əmtəə nişanının istifadəsinə görə məhkəməyə verib. Bu barədə TechCrunch məhkəmə sənədlərinə əsasən məlumat verib.
TWiT 2005-ci ildən mövcuddur. Twitter-in buraxılmasından əvvəl 2006-cı ildə Evan Uilyamsın şirkəti Laporteyə brendin müştərək istifadəsi barədə razılaşmağı təklif etmişdi. İddiada deyildiy kimi o TWiT və Twitter arasındakı oxşarlıq barədə mübahisə yaranacağından şübhələnirdi.
Laporte və Uilyams razılaşdılar ki, hər iki layihə eyni zamanda öz adları ilə mövcud olacaq, çünki müxtəlif tip kontentin yayılması üçün istifadə olunur.
İddiaya əsasən Laporte ilə söhbətdə Uilyams öz layihəsini “mətnlərin paylaşılması üçün mikrobloq xidməti” kimi izah etmişdi və Twitter brendi altında audio və video xidmətin buraxılmasını planlaşdırmırdı. 2010-cu ildə o şirkətin operativ rəhbərliyindən kənara çəkildi.
2017-ci ilin may ayında Twitter orijinal video çarxlar üçün platforma buraxdı. Bundan sonra TWiT vəkilləri şirkətdən öz hərəkətlərini izah etməyi xahiş etdilər, lakin danışıqlar uğursuz oldu. İndi isə TWiT Twitter-dən video layihələr üçün öz brendindən istifadəsini və ondan pul əldə etməyi qadağan etməyi tələb edir.
TWiT və Twitter nümayəndələri TechCrunch-ın mübahisə barədə olan suallarına cavab verməyiblər.
Tərcümə: Famil Ələkbərov
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət