Qasırğa müəmmalı dişli nəhəngi sahilə çıxardı
Texan qasırğası “Harvi” dəniz yırtıcısını sahilə çıxardı, bu da bioloqlarda çaşqınlıq yaratdı və dünya alimlər cəmiyyətində maraq oyatdı.
Bu günlərdə Texasın əhəmiyyətli hissəsini su altında qoyan “Harvi” qasırğası sahilə dənizdən heyrətamiz “hədiyyə” çıxardı. Guardian xəbər verir ki, bioloq Priti Desayin twitter hesabına əsasən fəlakət sakitləşəndən sonra çimərlikdə qara hamar dərili və kəskin dişlə düzülmüş ağzı olan torpedoya bənzər nəhəngin cəsədi tapılıb. Tapıntı yerli əhalini vahiməyə bürüdü, bioloqlarda isə sağlam maraq oyatdı. Bu nədir?
Smitsonov institutunda nəzdində Milli Təbiət Tarix Muzeyində işləyən amerikan bioloqu Kennet Tay (Kenneth Tighe) güman etdi ki, heyvan əslində Aplatophis chauliodus növünün nümayəndəsidir. “Harvi” qasırğasının gəldiyi Meksika körfəzi belə varlıqların yaşayış yeridir: onlar 100 metrə qədər dərinlikdə yaşayır və balıq və xərçəngəbənzərlərlə qidalanır – buradan da qəribə bədən forması yaranır. Böyük heyvanın uzunluğu 80sm-ə qədər çata bilir. Bununla belə alimlər hələ də bu varlığın növ mənsubluğunu dəqiq müəyyən edə bilməyib.
Müəllif: Famil Ələkbərov
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət