Slimfit
  1. MARAQLI

Astronavt qadın Peqqi Vitson 534 gün Yerdən kənarda keçirdi və rekorda imza atdı

Astronavt qadın Peqqi Vitson 534 gün Yerdən kənarda keçirdi və rekorda imza atdı
Sakura

Astronavt qadın Peqqi Vitson 534 gün Yerdən kənarda keçirdi və rekorda imza atdı

Amerikalı qadın Peqqi Vitson (Peggy Whitson) kosmosda vaxt keçirmə üzrə dünya rekorduna imza atıb. Yerə qayıtmaq fikri də hələ yoxdur.

Peqqi Vitson ilk kosmik uçuşunu 15 il əvvəl edib. Təhsilinə görə biokimyaçıdır, peşəsi isə Kainatın fəth edəndir. 57 yaşlı amerikalı qadın Beynəlxalq kosmik stansiyada ilk qadın komandir oldu və indi orbitdə keçirdiyi vaxta görə rekorda imza atıb.

“Bu sonluğu olmayan atraksionlardan biridir, - Vitson Twitter-də yazır. – Mən hər bir missiyada mənə yardım edən hər kəsə minnətdaram!”.

Əvvəlki rekord Cef Vilyamsa (Jeff Williams) məxsus olub, o orbitdə 534 gün keçirib. Keçən həftə  Peqqi Vitson bu rekordu yeniləyib, lakin onun missiyası hələ də yekunlaşmayıb və hələ də beş aya yaxın davam edəcək. Bu o deməkdir ki, amerikalı qadın 650 günlük rekordla tarixə düşəcək.

Keçən il Vitson həmçinin 56 yaşda kosmosa uçaraq ən yaşlı astronavt qadın adına layiq görülüb.

Vitson Nasa-da 1980-ci illərdən işləməyə başlayıb. Həmin vaxtlar onun vəzifəsinə kosmik missiyaların yerdən dəstəyi idi. Beynəlxalq kosmik stansiyaya ilk  səfərini o 2002-ci ildə həyata keçirib.

Vitson Yerə bu ilin sentyabr ayında qayıtmağı planlaşdırır.

Müəllif: Famil Ələkbərov

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Ko Pxi Pxi Don, Tailand

Redaktor seçimi

SON XƏBƏRLƏR