Dərc edildi: Baxış sayı: 979
Türkiyə və Azərbaycan arasında pasport rejimi ləğv edilir
Azərbaycan vətəndaşları Türkiyəni, Türkiyə vətəndaşları isə Azərbaycanı sadəcə şəxsiyyət vəsiqəsilə ziyarət edə biləcək.
Ens.az Report.az-a istinadən xəbər verir ki,bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu tvitter səhifəsində yazıb.
“Qardaşım Ceyhun Bayramov ilə imzaladığımız protokolla Türkiyə-Azərbaycan arasında çox yaxında sadəcə şəxsiyyət vəsiqələrimizlə səyahət edə biləcəyik. “Bir millət, iki dövlət”ə elə bu yaraşar! Xeyirli olsun”, - o qeyd edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət