Slimfit
  1. TEXNOLOGİYA

Tim Kuk varlanmaqda davam edir, amma o bütün pulları saxlamaq fikrində deyil

Tim Kuk varlanmaqda davam edir, amma o bütün pulları saxlamaq fikrində deyil
Sakura

Tim Kuk varlanmaqda davam edir, amma o bütün pulları saxlamaq fikrində deyil

O, sərvətinin böyük hissəsini xeyriyyəyə xərcləyəcək.

Ens.az Ixbt.com resursuna istinadən xəbər verir ki, ötən həftənin cümə günü Apple şirkətinin rəhbəri Tim Kuk (Tim Cook) şirkəti uğurla idarə etdiyi üçün növbəti bonusunu alacaq. Ona 120 milyon dollar dəyərində 560min Apple səhmi veriləcək.

O, Stiv Cobsun (Steve Jobs) 2011-ci ildə həyata köçməsindən sonra hər il bonus alır.

Şərt budur ki, növbəti üç il ərzində Tim Kuk Apple şirkətinin icraçı direktoru olaraq qalacaq, şirkət S&P 500 reytinqindəki iştirakçılar arasında ilk üçlükdə olacaq, bunun müqabilində isə o hər il şirkətin 560 min səhmini əldə edəcək. 2021-Ci ilin 24 avqust tarixində o 700 min Apple səhmi formasında sonuncu bonusunu almalıdır.

Hazırda Tim Kukun illik məvacibi 3 milyon dollardır, keçən il o bonus olaraq nəğd şəkildə 9,33 milyon dollar əldə edib. Son məlumatlara əsasən, onun sərvəti 700 milyon dollar olaraq dəyərləndirilir.

Beləliklə, Tim Kuk elə insanlar kateqoriyasına aiddir ki, onlar lüks həyat üçün belə bu qədər sərvətə ehtiyacları olmadığını anlayırlar, buna görə də o artıq bildirib ki, öz sərvətinin böyük hissəsini xeyriyyəyə xərcləyəcək. Bu yaxınlarda o bu məqsəd üçün 5 milyon dəyərində 23,2 min səhvmini verib.

Apple bazar kapitallaşdırılması 1 trilyon dollara çatan ilk şirkət olub.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

San Fransiskoda yerləşən bir şirkətin laboratoriyada toyuq tükündən hazırladığı toyuq əti

Redaktor seçimi

SON XƏBƏRLƏR