Slimfit
  1. AZƏRBAYCAN

Təhsillə bağlı yeni qanun layihəsi qəbul olundu

Təhsillə bağlı yeni qanun layihəsi qəbul olundu
Sakura

Təhsillə bağlı yeni qanun layihəsi qəbul olundu

Azərbaycanda yeni hazırlanmış “Ümumi təhsil haqqında” qanun layihəsi Milli Məclisin bu gün keçirilən iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılıb.

Modern.az-ın məlumatına görə, 5 fəsil 33 maddədən ibarət olan “Ümumi təhsil haqqında” qanun layihəsinin məqsədi vətəndaşların ümumi təhsil sahəsində Azərbaycan Respublikasının Konstitusiyası ilə nəzərdə tutulmuş təhsil hüququnu təmin etməkdən, ümumi təhsil prosesi iştirakçılarının hüquqlarını və vəzifələrini müəyyən etməkdən, onlar arasında münasibəti tənzimləməkdən və ümumi təhsilin təşkilati-hüquqi bazasını yaratmaqdan ibarətdir.

Qanun Azərbaycanda fəaliyyət göstərən dini təhsil müəssisələrinə, xarici dövlətlərin diplomatik nümayəndəlikləri və konsulluqları yanında təhsil müəssisələrinə şamil edilmir.

Yeni qanun layihəsinin müzakirələrdən sonra səsə qoyularaq qəbul edilib.

 

Namidə BİNGÖL

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Müasir qumbaraatanın prototipi XV əsrdə hazırlanıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR