Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Anafilaktik şok

Anafilaktik şok
Sakura

Anafilaktik şok nədir?

Anafilaktik şok — həyat üçün təhlükə yaradan kəskin böhranlı və sürətlə inkişaf edən alerjik reaksiyadır. Əksar hallarda dərman preparatları, müxtəlif qida məhsulları və həşəratların sancması nəticəsində ortaya çıxa bilər. Anafilaktik şokun yarana bilməsini qabaqcadan bilmək hələ ki, çox çətindir – dəfələrlə qəbul olunan dərman və ya qıda heç bir reaksiya vermədiyi halda, təsədüfən şiddətli reaksiya verə bilər. Həyatı boyu heç bir alergiyası olmayan, hətda heç bir dərman gəbul etməyən və hər növ qidanı problemsiz qəbul edən insanlarda da bu növ reaksiya yarana bilər. Bu səbəblə də profilaktik tədbirlər nisbi sayılır və anafilaktik şokun yaranmamasının təminatı ola bilməz. Beləcə bir nəticə çıxara bilərik – anafilaktik şokun yaranmasından heç kim səğortalanmayıb və hər zaman buna hazır olmaq lazımdır.
Anafilaktik şokun başlanmasının ilk əlamətləri: narahatçılıq, qorxu hissiyyatı, zəiflik, baş ağrısı, dodaqların və sifətin keyləşməsi, başgicəllənmə, qulaqlarda küy, gözlərin qabağının qaralması, soyuq tər, ürəkbulanması, təngnəfəslik, boğazda, sinədə sıxılma və təzyiq hissiyyatı, arterial təzyiqin enməsi, dəridə səpgilər, bədəndə şişkinlik, qusma və qarında ağrı. Tədbirlər görülmədiyi halda qıcolmalar, huşun itirilməsi, ürək fəaliyyətinin və tənəffüsün dayanması görülə bilər. Təəssüflər olsun ki, anafilaktik şok reaksiyaları hadisələrinin 40%-ə yaxını ölümlə nəticələnir. Amma vaxtında və düzgün ilkin tibbi kömək ölüm hallarını əhəmiyyətli dərəcədə azaldır.

Mənbə: Blog.stomatoloq.az/

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Baki şəhəri, Qobu Park-1 yaşayış kompleksinin Sakinləri öz vəsaitləri hesabına Şəhid Generalımız Polad Həşimovun əziz xatirəsini belə əbədiləşdiriblər!

Redaktor seçimi

SON XƏBƏRLƏR