Slimfit
  1. TEXNOLOGİYA

Süni intellekt insanları geyindirəcək

Süni intellekt insanları geyindirəcək
Sakura

Süni intellekt insanları geyindirəcək

Corciya Texnologiya İnstitutunun mühəndisləri süni intellekt vasitəsilə insana xəstəxana paltarını geyindirməyi öyrənən robot yaradıblar. Bunun üçün robot kameralara ehtiyac duymur – o, parçanın dartılma gücünə əsaslanır.
 
ICTnews” Elektron Xəbər Xidməti “Naked Science www.naked-science.ru” resursuna istinadən yazır ki, plana görə, gələcəkdə xəstəxana və tibbi sosial müəssisələrdə xəstələrə kömək üçün işə başlayacaq “PR2” kod adlı robot hazırda öyrənməklə məşğuldur. Təlim prosesini sürətləndirmək üçün mütəxəssislər tərəfindən süni intellektin xalatı necə geyindirməsini nümayiş etdirən 11 min virtual nümunə yaradılıb. Onların arasında səhvsiz hərəkətləri və kobud səhvləri göstərmək olar. Nümunələrə əsaslanan alqoritm prosedur zamanı gücü tutuşduraraq ölçməyi mənimsəyib.
 
Tədqiqat rəhbəri doktor Zakkori Erikson bildirib ki, insanlar bacarıqları sınaq və səhvlər vasitəsilə öyrənirlər. “Biz “PR2” robotu üçün bu imkanı yaratdıq. İnsan üzərində minlərlə sınağın aparılması təhlükəli və yorucu olardı. Lakin bir günə simulyasiyaların öyrənilməsi robotda insanın geyinmə zamanı hansı hisslər keçirməsi barədə təsəvvür yaradıb”, - doktor qeyd edib.  
 
Bununla yanaşı, robot öz hərəkətlərinin nəticələrini proqnozlaşdırmağı öyrənir. O, manipulyasiyaların insana təsirini başa düşmək üçün saniyənin beşdə bir hissəsini proqnozlaşdırır. Tədqiqatçıların sözlərinə görə, vaxtın az olması səhvlərin sayını artırıb. Hazırda xalatın bir qolunu geyindirmək üçün süni intellektə 10 saniyə lazımdır. Mütəxəssislər əmindir ki, yaxın gələcəkdə vaxt azalacaq, robot isə bütün paltardəyişmə prosesini mənimsəyəcək.

Nizam Nuriyev 

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bu atın adı Shayne-dir. O dünyanın ən yaşlı atıdır. (Atların ömrü 25-30 ildir)

Redaktor seçimi

SON XƏBƏRLƏR