Slimfit
  1. TARİX

Sunami nəticəsində dağılan qədim Roma şəhərinin qalıqları tapıldı

Sunami nəticəsində dağılan qədim Roma şəhərinin qalıqları tapıldı
Sakura

Sunami nəticəsində dağılan qədim Roma şəhərinin qalıqları tapıldı

Arxeoloqlar sübut etdilər ki, müasir Tunisin şimal şərqində yerləşən qadim yunan şəhəri Neapolis 365-ci ildə sunami nəticəsində tədricən suyun altına gedib.

Tunis-italyan arxeoloji missiyanın rəhbəri Munir Fantar xəbər verib ki, mütəxəssislər dənizin dibində küçə və abidələrin, həmçinin harumun (harum Qədim Romada çox sevilən balıq sousu olub) istehsalı üçün istifadə olunan 100-dən çox su anbarı aşkar etdilər.

Fantarın sözlərinə görə e.ə. IV əsrdə Neapolis harum və duzlu balıq istehsalı üzrə böyük mərkəz idi. Şəhər sakinləri özlərinin varlı olmasına görə məhz ona borcludur.

Fantarın komandası Neapolisin axtarışına hələ 2010-cu ildə başlamışdı, lakin xarabalıqların tapılmasında sıçrayışa indi normal hava şəraitinə görə nail oldular.

Kəşf sübut etdi ki, 365-co ilin 21 iyul tarixində Neapolis həqiqətən sunami nəticəsində suyun dibinə gedib. Məhz o dalğa Misirdə Aleksandriyanı və yunan adası Kriti ciddi zərər verdi.

Hazırda Neapolis haqqında məlumat azdır. Alimlər hesab edir ki, bunun səbəbi Üçüncü Punik müharibəsində romalıların tərəfində deyil, Karfagenin tərəfinə keçməsi olub. Görünür şəhəri bunun əvəzində roma ədəbiyyatında uzun müddət xatırlamayıblar.

Neapolisin yoxa çıxmasından sonra onun yanında ərəb qəsəbəsi Nabul – Tunisin şimal-şərqindəki müasit kurort şəhəri salınmışdır. 

 

Müəllif: Famil Ələkbərov

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Süleyman Rüstəmin bacısı yazıçı Cəlal Bərgüşadın həyat yoldaşı idi.

Redaktor seçimi

SON XƏBƏRLƏR