Sony Xperia XZ3 keyfiyyətli renderdə göründü
Ens.az Ixbt.com resursuna istinadən xəbər verir ki, o mövsümün iki dəbdə olan trendindən məhrum olub: cüt kamera və ekranda çıxıntı.
MySmartPrice resursu Sony Xperia XZ3 smartfonu haqqında yeni məlumatlar paylaşdı ki, onun da anonsu növbəti həftə gözlənilir. Premial smartfon iki dəbdə olan özəllikdən məhrum olub - ekranda çıxıntı və cüt kamera.
Smartfon görünən anten əlavələrsiz monolit metal korpusdan ibarətdir. Smartfonun ekranı çıxıntısız nazik çərçivəyə məxsusdur. Daktiloskopik ötürücü arxa paneldə yerləşdirilib.
İlkin məlumatlara əsasən, Sony Xperia XZ3 2160x1080 piksel ölçülü 5,7 düym diaqonallı ekran, birkristallı Snapdragon 845 sistemi, 6QB əməli, 64 və ya 128QB fleş-yaddaş əldə edib. Arxa kamera ehtimal ki, IMX586 ötürücüsünün hesabına 48 meqapiksel, ön isə 19 meqapiksel ölçüsünə məxsusdur.
NFC, qulaqcıqlar üçün 3,5mm birləşdirici, iki SIM kart və 400QB-a qədər microSD yaddaş kartı üçün hibrid slot dəstəyi var. Akkumulyator həcmi 3240 mA/s təşkil edir.
Smartfon ilk dəfədən Android 8.1 Oreo üzərində işləyəcək, sonra isə Android 9 Pie OTA-a yenilənmə əldə edəcək.
Anons 31 avqust tarixində ictimaiyyət üçün açılacaq Berlindəki IFA 2018 sərgisində 30 avqust tarixində gözlənilir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət